Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Kürdəmirdə yolu keçmək istəyən piyadanı maşın vurdu

Kürdəmirdə piyadanın vurulması ilə nəticələnən yol qəzası baş verib...

Hadisə ötən axşam şəhərin Heydər Əliyev prospektində qeydə alınıb. Belə ki, Kürdəmirdə məskunlaşan Laçın rayon sakini, 1981-ci il təvəllüdlü Fərəcov Natiq Məhərrəm oğlu dördyol ayrıcı deyilən yerdə yolu keçmək istəyərkən Kürdəmirdə məskunlaşan Ağdam rayon sakini, 1997-ci il təvəllüdlü sürücü Əhmədov Ramiz Yaqub oğlunun idarə etdiyi “VAZ 2106” markalı maşınla vurulub. Yaralı rayon mərkəzi xəstəxanasının travmatalogiya şöbəsinə yerləşdirilib. Vəziyyəti ağır olduğundan müalicəsini davam etdirmək üçün Natiq Fərəcov Bakı şəhərinə ixtisaslaşmış tibb müəssisəsinə göndərilib.

Faktla bağlı Kürdəmir rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır. (azertac)

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Dörd kəndin qaytarılması Qazaxda sevinclə qarşılanıb

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

“Toyota Prius”ların qiymətindəki ucuzlaşma nə qədər davam edəcək?

Ən çox oxunanalar