Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

ABŞ-ın iki dərin dövləti: Trampın prezidentlik müddəti azala bilərmi?

Vaşinqtondakı iki dərin dövlət qarşı-qarşıya qalıb. İkisi də Ağ Evi idarə etmək istəyir. Prezident Tramp da hər iki dərin dövlətin lehinə və əleyhinə qərarlar alır...

Ergün DİLER
“Takvim” qəzeti, Türkiyə, 3 oktyabr 2019-cu il

Əvvəlcə belə bir qeydlə başlayaq. Yay aylarında Bodruma gəldiyi deyilən Cef Bezos dünən Qaşıqçının anım mərasimində İstanbulda ortaya çıxıb. Qaşıqçı “Washington Post” yazarı, Bezosun da işçisi idi. Yəni onun gəlməsi təbii haldır. Lakin davamlı olaraq Bezosla bağlı “Türkiyəyə böyük investisiyalar qoyacaq” kimi iddialar ortaya atılır.

Görəsən, Bezos Türkiyədə mediaya daxil olacaqmı?

Bir müddət əvvəl saxta “Washington Post” “Tramp Krıma qaçdı” manşeti ilə ortaya çıxıb. Ağ Evin önündə də dağıdılıb. Bu işin arxasında da Bezosun olduğu irəli sürülüb.

İllərdir yazdıqlarımı artıq Tramp da, Vaşinqtonda gücü olanlar da təsdiqləyir. Davanın təfərrüatları daha dəqiq şəkildə ortaya çıxır. Vaşinqtondakı iki dərin dövlət qarşı-qarşıya qalıb. İkisi də Ağ Evi idarə etmək istəyir. Prezident Tramp da hər iki dərin dövlətin lehinə və əleyhinə qərarlar alır.

Vaşinqtondakı iki dərin dövlət FED və Pentaqondur. Tramp yeri gələndə Pentaqonla toqquşur, ardınca da FED-ə qarşı çıxış edir. Yəni bunu silah və pul kimi də düşünə bilərik.

Tramp son olaraq FED-ə və rəhbər Cerome Povelə təzyiq göstərib: “Güclü dollar ABŞ-ı sıxışdırır. Amerika iş adamları da bundan narahat olur. FED bunu edərək ABŞ-a zərbə vurur”.

Amerika siyasətinin önəmli simalarından olan Ted Kruz: “Dərin dövlətin hələ də güclü olduğunu gördüm və buna sevindim”, deyib.

Kruzun bəhs etdiyi dərin dövlət Pentaqondur. Yəni Amerika Müdafiə Nazirliyinin Tramp üzərindəki təzyiqi Kruzu məmnun edib. Amerika dərin dövlətinin, daha doğrusu Pentaqonun adamları olan milli təhlükəsizlik müşavirləri H.R.Mekkaster və Con Bolton da vəzifəsindən azad olunub.

Mekkaster və Con Bolton Dərin Amerikanın güclənməsini təmin edərkən, Ağ Evi də idarə edirdilər.

Eyni şəkildə, qarşı tərəfdə də FED-in sabiq rəhbəri olan Ben Bernank digər dərin Amerikanın önəmli bir oyunçusu idi. Onun zəkasından hələ də geniş şəkildə istifadə edilir. Ben Bernanka görə, Trampa güvənərək qərar vermək riskli və təhlükəlidir. Buna görə də, FED güclü dollar siyasəti ilə Pentaqonu küncə sıxışdırır. Silah şirkətlərinin satışındakı böhran güclü dollarla daha da artıb.

Ted Kruz qısa müddət əvvəl önəmli bir açıqlama da verib. O, dövlətlə büdcənin birləşməsindən qorxduğunu deyib. Yəni Kruzun burada nəzərdə tutduğu əsas məsələ Xarici İşlər naziri Maykl Pompeo və Maliyyə naziri Stiv Mnakinin FED üçün işlədiyini göstərmək idi.

Bu, Pentaqonun heç bir şəkildə qəbul edə bilməyəcəyi bir durum idi. Maliyyə naziri Stiv Mnakinin ABŞ Ticarət naziri Vilbur Rozla eyni şeyi hədəfə qoyması Pentaqondakı bir digər problem hesab edilir.

Dərin dövlətin strukturunda hər zaman çəkişmələr olub. Lakin ABŞ-da bu, heç gün üzünə çıxmazdı. Trampla birlikdə bu vəziyyət də dəyişib. İndi hər iki tərəf də açıq şəkildə başlatdıqları bu müharibədə zəfər qazanmaq istəyirlər. Yəqin ki, Stiv Mnakinin və Vilbur Rozun Rotşild ailəsinin adamları olduğunu xatırlatmağa ehtiyac yoxdur.

Hər bir biznesmen ABŞ dərin dövləti ilə yaxın olmaq məcburiyyətindədir. Bu, indi də belədir. Lakin iş adamları bu iki dərin dövlətdən birini seçməyə məcbur buraxılırlar. “Apple” şirkətinin qurucusu Stiv Cobs həmişə FED-in yanında olub, lakin indi “Apple”-in yeni rəhbəri Tim Kuk Pentaqonla addımlamağa başlayıb. Hətta Çinlə başlayan ticarət müharibəsinin mərkəzində yer alan Pentaqon Tim Kuka qarantiya da verib.

Çinlə baş verən ticarət müharibəsindən ən az təsirlənən “Apple” olub. Bu da Kukun hansı tərəfdə olduğunu göstərirdi.

Pentaqon isə İranla müharibə etmək istəyir. Məhdud şəkildə də olsa, müdaxilə etmək istəyir. FED isə buna qarşı çıxır. Bir neçə gün əvvəl Pentaqon nümayəndələri Ağ Evdə İrana qarşı hava hücumu etmək üçün təsbit olunan hədəflərin siyahısını Trampa təqdim edib. Prezidentə qərar verməsi üçün vaxt da verilib.

Müdafiə Nazirliyinin ABŞ Prezidentinə vaxt verməsi mümkün ola bilərmi? Lakin ABŞ-da bu baş verir. Üstəlik, artıq gizli də deyil. Məqsəd isə FED ortaqlarının yaratdığı Çinə mane olmaqdır.

Tramp isə öz təhlükəsizliyini riskə atmaq istəmir. Əslində, heç bir ABŞ Prezidenti bu qədər risk almamışdı. Dərin dövlət baxımdan seçimini edən bir ABŞ prezidenti 8 il hakimiyyətdə qalırdı.

Məsələn, Klinton FED-in tərəfində olarkən, ata Buş qərarsız qaldığı üçün cəmi 4 il hakimiyyətdə qala bilib. Oğul Buş Pentaqonla addımlamağı seçmişdi. Obama da FED sayəsində prezident oldu. Dərin dövlətdən hər hansı birini seçən prezident iki dönəm, yəni 8 il hakimiyyətdə qalırdı. Lakin Trampın bu qızğın hərəkətləri ona ikinci dönəmdə ABŞ prezidenti olmaq şansının verilməyəcəyini göstərir.

ABŞ-dakı bu vəziyyət təbii olaraq Avropaya, Asiyaya və xüsusilə də, Yaxın Şərqə təsir edir. Çünki buralarda da Pentaqonu və ya FED-i seçən liderlər və biznesmenlər var.

Orijinal

Tərcümə PİA.az-ındır.

Fatimə ƏLİYEVA
pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Qeyri-neft sektorunun inkşafı və Dövlət İnvestisiya Şirkətinin batırdığı sərmayələr... - I yazı

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Laçında xarici ekspertlərin iştirakı ilə beynəlxalq konfrans işə başlayıb - Yenilənib

Ən çox oxunanalar