Çərşənbə, 23 Oktyabr 2019
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+19 ° Quba
+12 ° Qusar
+24 ° Gəncə
+16 ° Lənkəran
+23 ° Naxçıvan
+26 ° Salyan
+23 ° Şəki

XİN "Düdelanj" - "Qarabağ" oyununda baş vermiş təxribata münasibət bildirib

"XİN vəziyyəti nəzarətdə saxlayır"...

"Azərbaycan Xarici İşlər Nazirliyi Lüksemburqda Qarabağ və Düdelanj” oyunu zamanı baş verən təxribatla əlaqədar vəziyyəti nəzarətdə saxlayır".

Bu barədə Azərbaycan XİN-in sözçüsü Leyla Abdullayevə "Twitter" səhifəsində yazıb.

"Azərbaycanın Lüksemburqa akkreditə olunmuş səfiri təxribata cavabdeh şəxslərin tapılması və müvafiq məsuliyyətə cəlb olunmasına əmin olmaq üçün Lüksemburq Xarici İşlər Nazirliyinə müraciət etmək barədə təlimatlandırılıb", - deyə L.Abdullayeva bildirib.

Qeyd edək ki, Avropa Liqasının qrup mərhələsinin II turu çərçivəsində keçirilən "Düdelanj" (Lüksemburq) - “Qarabağ” (Azərbaycan) oyununda təxribat baş verib. Xoşagəlməz hadisə Ağdam təmsilçisinin ikinci qolundan sonra yaşanıb.

Buna səbəb separatçı "Dağlıq Qarabağ" rejiminin bayrağının dronla stadionun mərkəzinə gətirilməsi olub. Ardınca azarkeşlər və futbolçular arasında münaqişə də yaşanıb. Bunu görən şotlandiyalı baş hakim Con Biton matçı dayandırıb və oyun 25 dəqiqə sonra bərpa edilib. Oyun "Qarabağ"ın 1:4 hesablı qələbəsi ilə başa çatıb.(apa)

pia.az

Şahidi olduğunuz hadisələrlərlə bağlı məlumatları, foto və videoları bizim whatsapp nömrəmizə yollamağınızı xahiş edirik: 0554231627

Etiket: XİN təxribat

Şərh yazın.

loading...

Ən çox oxunanalar