Çərşənbə, 17 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Qarabağ” Azərbaycan futbolu tarixinə düşdü

“Qarabağ” tarix yazdı

Azərbaycan çempionu “Qarabağ” yeni rekorda imza atıb.

APA-nın Ağdam təmsilçisi avrokubokların qrup mərhələsində böyük hesabla qalib gələn ilk Azərbaycan klubu kimi tarixə düşüb.

Qurban Qurbanovun yetirmələri bu nailiyyətə Avropa Liqasının qrup mərhələsinin II turunda imza atıblar. Lüksemburqda “Düdelanj”ı 4:1 hesabı ilə yenən “Qarabağ” daha bir tarix yazıb.

Bunadək Azərbaycan klubları avrokuboklaırn qrupdan başlayan əsas mərhələsində 3 və ya daha çox top fərqilə qalib gəlməmişdi. İlki reallaşdıran “Qarabağ” ilk və ən böyükhesablı qələbənin müəllifi olub.

Ümumiyyətlə, bunadək qrupda əldə olunan 5 qələbənin hamısı da “Qarabağ”ın hesabında idi. Ağdam təmsilçisi 4 dəfə 1:0, 1 dəfə 2:0 hesabı ilə qalib gəlmişdi.

Qeyd edək ki, Lüksemburqdakı qarşılaşma həm də ikiqat yubileylə əlamətdar olub. Azərbaycan futbolu tarixində klublarımızın əsas mərhələdəki 50-ci görüşü tarixi qələbə ilə başa çatıb. Bu, həm də Qurban Qurbanovun “Qarabağ”ın baş məşqçisi kimi 100-cü avrokubok görüşü olub.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Rusiyanın sülhməramlı kontingenti Azərbaycanı tərk edib

İcra başçısı keçirdiyi tenderdə oğlunu qalib elan etdi    

Körfəz ölkəsində sel fəlakəti: Çox sayda ölən var, ordu səfərbər edildi - Foto

Ukrayna Prezidenti Rusiya ilə danışıqlara hazır olduğunu bildirib

Vətəndaşlardan hədə-qorxu ilə pul tələb edən baş redaktor və müxbir həbs edilib

Prezident İlham Əliyev Şirvan suvarma kanalının təməlini qoyub    

İlkin Süleymanovun məhkəməsi dayandırıldı: Hakim dəyişdirilir

Avtomobilinizi sığorta edərkən diqqətli olun – Ən çox şikayət olunan şirkətlər

Bu yay ulduz kimi parlayacaq BÜRCLƏR açıqlandı - Sevgi, pul, toy...

Reklam Agentliyinin İdarə Heyətinin sədri vəzifəsindən azad edilib, yenisi təyin olunub - Sərəncam

Vətəndaşların nəzərinə: Sabah bəzi ərazilərdə qaz olmayacaq

Milli Məclisin növbəti plenar iclasının tarixi və gündəliyi açıqlanıb

Ən çox oxunanalar