Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azercell-in yeni “Bookmate plus” paketi ilə dünya ədəbiyyatı sizin smartfonunuzda!

Fəaliyyəti boyunca bir sıra yeniliklərə imza atan “Azercell Telekom” MMC mütaliəni hər kəs üçün daha da əlçatan edərək, Azərbaycan, türk, ingilis, rus və digər dillərdə dünya ədəbiyyatını oxumaq və audio versiyasını dinləmək üçün sərhədsiz imkanlar yaradır...

Bu dəfə ölkənin rəqəmsal həllər təqdim edən lider mobil operatoru Azercell, qiraət həvəskarlarının istifadəsinə yeni “Bookmate Plus” paketini təqdim edir. Azercell abunəçilərə bir paket çərçivəsində məkandan və istifadə olunan cihazdan asılı olmayaraq, hətta oflayn rejimdə belə 1 milyondan çox müxtəlif janrlarda elektron və audio kitabları özündə cəmləşdirən zəngin elektron kitabxanadan istifadə etmə imkanı yaradır.

“Bookmate Plus” paketini aktiv etmək qaydası çox sadədir: Həm iOS, həm də Android əməliyyat sistemlərində çalışan “Bookmate” tətbiqini App Store və ya Play Store-dan yüklədikdən sonra, xidmətə günlük qoşulmaq üçün smartfonun ekranında *511#yes, aylıq aktiv etmək üçün isə *533# yes komandasının yığılması kifayətdir.

Azercell-in “Bookmate Plus” paketi elektron kitabxananın xəzinəsini abunəçilər üçün daha da əlçatan edərək, günlük paket çərçivəsində elektron ve audio kitablardan istifadə üçün 50%-dən çox endirim təqdim edir. Bununla yanaşı Azercell “Bookmate Plus”-dan ilk dəfə istifadə edən abunəçilərə paketdən 7 günlük pulsuz istifadə üçün də müstəsna fürsət yaradır.

Daim yenilənən rəqəmsal kitabxana haqqında ətraflı məlumat üçün https://www.azercell.com/az/personal/services/partner_services/books/ səhifəsinə daxil olun.

pia.az


Etiket: Azercell


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Ən çox oxunanalar