Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Düşmənin mülki əhalini atəşə tutması nəyə hesablanıb?

Ermənistan daxilindəki vəziyyət və Paşinyanın hazırda üzləşdiyi situasiya cəbhə bölgəsində gərginliyin artmasına səbəb ola bilərmi?..

Politoloq: “Paşinyan daxili iqtisadi gərginliyi yayındırmaq maraqlarının ortada olduğu indiki məqamda, həmçinin Soçidə AzərbaycanRusiya prezidentlərinin növbəti görüşü ərəfəsində cəbhə xəttində bu təxribatların baş verməsi təsadüfü deyil”.

“Putinin Yeravan səfərində sərgilədiyi davranışlar onu göstərdi ki, Rusiya prezidenti Paşinyandan çox ciddi narazılıq içindədir və bu narazılıq təkcə Köçəryanın həbsi ilə məhdudlaşmır. Ona görə də Paşinyan birbaşa sərhəddə Azərbaycan tərəfinə qarşı atdığı bu provakasiyada məsuliyyət daşıyır”.

Bu sözləri politoloq Məhəmməd Əsədullazadə dünən düşmənin törətdiyi təxribat nəticəsində mülki sakinimizin hələk olmasını və prezident İlham Əliyevin Rusiyaya səfəri zamanı bu hadisənin baş verməsini PİA.az-a şərh edərkən qeyd edib.

Azərbaycan-Ermənistan dövlət sərhədində, təmas xəttində yerləşən Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Qazax” əlahiddə sərhəd diviziyasının sərhəd döyüş mövqelərinə qarşı düşmən tərəfinin təxribatları davam etməkdədir.

Dövlət Sərhəd Xidmətindən verilən məlumata görə, dünən Qazax rayonunun Quşçu Ayrım kəndi istiqamətində təminat yollarının salınması ilə məşğul olan ekskavatorumuz düşmən tərəfindən atəşə tutulub. Nəticədə ekskavatorun sürücüsü mülki şəxs Abışov Səfərəli Ələkbər oğlu güllə yarası alıb.
Hadisə yerində dərhal mümkün tibbi yardım göstərilməklə yaralının təcili təxliyəsi təmin olunub, lakin görülən tədbirlərə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.

Düşmən bölmələrinin atəş nöqtələri cavab atəşilə susdurulub.

Xəbər verdiyimiz kimi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 2-də Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin dəvəti ilə Rusiya Federasiyasına işgüzar səfərə gedib.

Bəs düşmənin mülki əhalini atəşə tutması nəyə hesablanıb?

Ermənistan daxilindəki vəziyyət və Paşinyanın hazırda üzləşdiyi situasiya cəbhə bölgəsində gərginliyin artmasına səbəb ola bilərmi və cəbhədə gərginliyin artması hazırda Ermənistanda daha çox müxalifətə, yoxsa hakimiyyətə sərf edir? Həmçinin prezident İlham Əliyevin Rusiyaya səfəri zamanı bu hadisənin baş verməsi təsadüfdür, yoxsa mesaj olaraq verilib?

Mövzunu PİA.az-ın əməkdaşı Cənubi Qafqaz Təhlükəsizlik və Sülh İnstitutunun sədri, politoloq Məhəmməd Əsədullazadə ilə müzakirə edib.

Məhəmməd Əsədullazadə: “Paşinyan daxildə müxalifəti neytrallaşdırmaq, Qarabağ klanını zərərləşdirmək üçün kifayət qədər planlar hazırlayır. Bu planlara əsasən cəbhə də mümkün təxribatları artırmaqdı”.

Paşinyanın birbaşa sərhəddə Azərbaycan tərəfinə qarşı atdığı bu provakasiyada məsuliyyət daşıdığını bildirən politoloq PİA.az-a açıqlamasında əlavə edib ki, onun bu avantürasının qarşısını almaq üçün rəsmi Bakı ciddi ölçülər götürməlidir:

Ermənistan daxilində siyasi vəziyyət mürəkkəb olaraq qalır. Paşinyanın siyasi -iqtisadi və sosial islahatlar vədi demək olar ki, reallaşmır. Bu da xalqın ona qarşı etirazını şərtləndirir. Ölkədə baş verəcək etirazlardan Qarabağ klanı kifayət qədər istifadə edib, Paşinyana qarşı revanşa qalxması istisna edilmir. Məhz Paşinyan daxili iqtisadi gərginliyi yayındırmaq maraqlarının ortada olduğu indiki məqamda, həmçinin Soçidə AzərbaycanRusiya prezidentlərinin növbəti görüşü ərəfəsində cəbhə xəttində bu təxribatların baş verməsi təsadüfü deyil.

Paşinyan daxildə müxalifəti neytrallaşdırmaq, Qarabağ klanını zərərləşdirmək üçün kifayət qədər planlar hazırlayır. Bu planlara əsasən cəbhə də mümkün təxribatları artırmaqdı. Ermənistan hakimiyyəti bununla danışıqları pozmaq, sosial gərginliyi cəbhəyə yönəltməklə ümumi vəziyyəti nəzarətdə saxlamağa çalışır.

Baş verənlər birbaşa Yerevanın avantürasının nəticəsidir.

Soçi görüşündə Paşinyan işğal olunmuş ərazilərdə deyil, dövlət sərhəddində bu insdenti etməklə, bir növ KTMT-də Rusiyanın rolunu qabartmaqla, prezidentlərin görüşünə mesaj verməsi mümkündür.

Paşinyan narahatdır ki, Soçidə MoskvaBakı arasında hər hansı bir razılaşma əldə edilər və bu da Paşinyana daxili təzyiqlərin artmasına gətirib çıxara bilər. Çünki Putinin Yeravan səfərində sərgilədiyi davranışlar onu göstərdi ki, Rusiya prezidenti Paşinyandan çox ciddi narazılıq içindədir və bu narazılıq təkcə Köçəryanın həbsi ilə məhdudlaşmır. Ona görə də Paşinyan birbaşa sərhəddə Azərbaycan tərəfinə qarşı atdığı bu provakasiyada məsuliyyət daşıyır. Onun bu avantürasının qarşısını almaq üçün rəsmi Bakı ciddi ölçülər götürməlidir”.

Nərminə UMUDLU
pia.az

 

 



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Ən çox oxunanalar