Cümə, 26 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Kukla ilə üz-üzə dayanmağı özümə sığışdırmadım” – Fəzail Ağamalı

“Heç bir bəhanə gətirməmişəm. Sadəcə İctimai Televiziyada yayımlanan “3D” verilişinin formatı məni qane etməyib. Bu fikrimi orada deyib verilişə qatılmaqdan imtina etmişəm”...

PİA.az bu sözləri "Yeni Sabah"a Ana Vətən Partiyasının (AVP) sədri, millət vəkili Fəzail Ağamalı İctimai Televiziyada (İTV) yayımlanan və aparıcısı robot olan “3D” verilişinə qatılmaqdan imtina etməsi barədə danışarkən deyib.

“3D”yə dəvət olunan Fəzail Ağamalının verilişə qatılmaqdan imtina etdiyini robot aparıcı "Dadaş Dadaşlinski" deyib.

“Bu gün Fəzail Ağamalı qonağım olmalı idi. Hətta bura qədər gəldi amma bu divanda əyləşməkdən imtina etdi. Bəhanəsi isə o oldu ki, o, daha ciddi aparıcının qonağı olmalıdır. Niyə gəlirdin bura qədər, Fəzail müəllim? Verilişə bir internetdə baxardınız, bir görərdiniz hara dəvət alırnısınız. Başa düşmədim. Ən azından siz deyin, hörmətli sosial şəbəkə istifadəçiləri və televiziya tamaşıçıları, məndən ciddi aparıcı varmı indi teleməkanda?”, - deyə "Dadaşlinski" bildirib.

Fəzail Ağamalının sözlərinə görə, onu “3D”yə verilişin rejissoru dəvət edib:

“Esmira xanım zəng vurub dəvət elədi. Dəvətdən əvvəl verilişə baxıb-baxmadığımı soruşdu. Dedim ki, baxmamışam. Bununla belə, dedi gəlin. Aparıcı barədə məlumatım yox idi. Getdim gördüm ki, aparıcı bir kukladır. Mən də kukla ilə üz-üzə dayanmağı özümə sığışdırmadım və verilişə çıxmaqdan imtina etdim. Dedim bir adam əyləşdirin, nə sualınız varsa, verin. Amma bu kukla ilə üz-üzə oturmaq istəmirəm. Burada hansı bəhanədən söhbət gedə bilər? Mən həmişə mətbuata açıq adam olmuşam”.

Məlumat üçün qeyd edək ki, Fəzail Ağamalının həmkarları Hadı Rəcəbli, Qənirə Paşayeva, Tahir Kərimli və bir sıra ictimaiyyət nümayəndələri bu verilişin qonağı olub.

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Ağdam Cümə məscidinin bərpadan sonra açılışı olub - Yenilənib, Foto

Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı    

Naxçıvan MR-in baş naziri işdən azad olundu - Yeni təyinat

Ramiz Mehdiyevə müraciət edən alimlərin işi – Cinayət dosyesi

Prezidentlər Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar - Yenilənib

Şoyqu həbs edilən müavinini vəzifəsindən uzaqlaşdırıb

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar - Yenilənib

Malıbəylidə kütləvi məzarlıq aşkar edilib - Yenilənib

Ən çox oxunanalar