Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ali məktəblərdə dərslik problemi - həm baha, həm də qıt...

Təhsil eksperti: “Bu gün ali məktəblərdə dərsliklərin vəziyyəti ürəkağrıdıcıdır”

“Kitablar həqiqətən də çox bahadır. Amma cəmiyyətdə birmənalı olaraq bunu yalnız bir tərəfin, kitab satışı ilə məşğul olan şəxslərin, hansısa müəssisənin üzərinə atırlar. Bu isə heç də düz deyil”.

Bu sözləri təhsil eksperti Kamran Əsədov ali məktəblərdə kitabların baha olmasını və tələbələrinin şikayətlərinin səbəblərini PİA.az-a şərh edərkən qeyd edib.

Ali məktəb tələbələri kitabların baha olmasından şikayətçidirlər. Çox ciddi tələb olunan ali məktəb dərsliklərinə demək olar ki, diqqət ayrılmır. Ali məktəb dərsliklərinin qiyməti da ayrıca bir problemdir. Bu kitabların qiymətinin baha olmasın başlıca səbəbi kitabın müəllifin öz vəsaiti hesabına nəşr olunmasıdır. Nəşr olunan kitabların tirajı da olduqca az olur və 500-1000 arası dəyişir. Həmin kitabların bir çoxu universitet kitabxanlarında olmadığından və satışda çətin tapıldığından tələbələr məcburən həmin kitabın nüsxəsini çıxarmağa məcbur olurlar. Bu problem hər il və hər semestrin əvvəllərində tez-tez müşahidə olunmaqdadır.

Ali məktəb dərslikləri on illərlə istifadə olunur və köhnə də olsa, onlardan əlavə ədəbiyyat kimi istifadə edilir. Buna görə də, dövlət tərəfindən qiymətli dərsliklərə, dissertasiyalara, monoqrafiyalara, elmi işlərə maliyyə vəsaiti ayrılsa və ən az hər birinin tirajı 10 000-ə qədər çatdırılsa, dərslik qıtlığı da ortadan qalxar..

Qeyd etdiyimiz kimi ali məktəb dərsliklərinin çoxu müəlliflidir və kitabın qiymətin də müəlliflər təyin edirlər. Hesab etmək olarmı ki, bu sahədə boşluq olduğundan müəlliflər vəziyyətdən istifadə edirlər? Həmçinin ali məktəblərdə dərs vəsaiti problemini ortadan qaldırmaq üçün hansı vacib addımlar atılmalıdır?

Mözunu PİA.az-ın əməkdaşı təhsil eksperti Kamran Əsədovla müakirə edib.

Kamran Əsədov: “Yeni dərsliklər yaratmaq sahəsində də ölkəmizdə təcrübə demək olar ki, yoxdur. Həmişə hazır alıb, tərcümə edirdik”.

Tələbələrin mühazirələrlə kifayətləndiyini vurğulayan təhsil eksperti səbəb kimi həmin dərsliklərin çox çətin tapılmasını göstərib. Ekspert bildirib ki, dərslik ya tapılmır, ya da ki, olan materiallar rus dilindədir. Rus dilində olan dərsliklərin tərcüməsində problem olduğundan tələbələr yetərli məlumatı əldə edə bilmir:

“İlk növbədə qeyd edim ki, bu gün ali məktəblərdə tələbələrin əsas problemi dərsliklərdir. Özüm də dərsliklərlə bağlı hər il çətinlik çəkirəm. Ələlxüsus sərbəst işləri yazmağın vaxtı gəlib çatanda. Hələ dərslik problemi azmış kimi, müəllimlər də sovet dövründən qalma, kiril əlifbasıyla yazılmış kitabları məsləhət görürlər. Hansı ki, onlar da müasir dövrlə heç uyğunlaşmırlar. Bütün bunlar tələbənin oxumağa, öyrənməyə olan həvəsini öldürür.

Ali məktəbdə müəllimlərin mühazirə mətnlərindən istifadə edirlər. Müəllimlər ədəbiyyat siyahısı kimi dərsliklərin adını yazdırırlar. Amma tələbələr mühazirələrlə kifayətlənirlər. Səbəb isə həmin dərsliklərin çox çətin tapılmasıdır. Ya tapılmır, ya da ki, olan materiallar rus dilindədir. Rus dilində olan dərsliklərin tərcüməsində problem olduğundan tələbələr yetərli məlumatı əldə edə bilmir. Əlavə məlumat əldə etmək də bu dəqiqə müşkül məsələyə çevrilib.

Texnologiyadan xəbərsiz köhnə dərsliklər isə tələbənin istəyi ilə tərs mütənasibdir. Latın qrafikasıyla yazılmış dərsliklərin isə əksəriyyəti tərcümələrdir. Həmin tərcümələrdə qrammatik səhvlərlə yanaşı, məna səhvləri də olur. Təəssüf ki, bu gün ali məktəblərdə dərsliklərin vəziyyəti ürəkağrıdıcıdır.

Qanunvericiliyə görə tədris planında göstərilən fənlər üzrə müvafiq sahələrə uyğun mütəxəssis alimlər tərəfindən ali təhsil müəssisələri tələbələri üçün dərsliklər hazırlanmalıdır.

Kamran Əsədov: “Universitetlərin kitabxanaları da əvvəlki kimi deyil. Ona görə də tələbələr çıxılmaz vəziyyətdə qalırlar”.

SSRİ-də Pedaqoji Elmlər Akademiyası tərəfindən hazırlanan kitablardan istifadə olunurdu. Yəni bu kitablar sırf pedaqoji elmlər üçün hazırlanırdı. Sadəcə olaraq biz bu dərsliklərin tərcümə olunmuş variantından istifadə edirdik.

Sovet dönəmi dağıldıqdan sonra öz dərsliklərimizi yaratmağa başladıq. Yeni dərsliklər yaratmaq sahəsində də ölkəmizdə təcrübə demək olar ki, yoxdur. Həmişə hazır alıb, tərcümə edirdik. Ona görə də bu gün dərslik məsələsi bizim üçün problemli məsələyə çevrilib.

Boloniya sisteminə qoşulmuş ölkələrdə dərslik problemi olmamalıdır. Ancaq bizdə bu məsələnin problemli olması hamıya aydındır. Boloniya sisteminin əsas maddələrindən biri təhsil müəssisələrinin tədris-təlim materialları ilə təmin olunmasıdır.

Universitetlərin kitabxanaları da əvvəlki kimi deyil. Ona görə də tələbələr çıxılmaz vəziyyətdə qalırlar. Müəllim tələbəyə tapşırıq verir, deyir ki, məlumatı hardan tapırsan tap. Ona görə də tələbələrin problemi artır. Bu gün bizdə orta məktəb dərslikləri ali məktəb dərsliklərinin ixtisar olunmuş formasıdır. Görün vəziyyət nə həddə çatıb. Magistraturanın dərslikləri bakalavr üçün olan dərsliklərlə eynidir. Sadəcə bəzi xırda dəyişikliklər var.

Kitablar həqiqətən də çox bahadır. Amma cəmiyyətdə birmənalı olaraq bunu yalnız bir tərəfin- kitab satışı ilə məşğul olan şəxslərin, hansısa müəssisənin üzərinə atırlar. Bu isə heç də düz deyil. Kitabın qiymətinə təsir edən iqtisadi amillər incələnsə, mənzərə daha aydın olar, deyə düşünürəm. Tutaq ki, kağız ölkəmizə xaricdən gətirilirsə və gömrükdə rüsum ödəmələrindən başqa, hansısa “amil”lər də “iştirak edirsə”, bu, nəşriyyatın xərclərinə təsirsiz ötüşmür. Nəşriyyatın digər zəruru xərcləri formalaşarkən dırnaqlı, dırnaqsız hansısa amillər qiymətləndirməyə təsir edir - bunu nəşriyyatçılar daha yaxşı bilər.

Kamran Əsədov: “Azərbaycanda kitabların statistikası belə aparılmır. Bu kitaba münasibətin göstəricisidir”.

Gürcüstanda da ƏDV kitablar üzərindən götürülüb. Azərbaycan yeganə ölkədir ki, kitablar üzərində ƏDV 18 faizdir. Hətta Türkiyədə bu, 8 faiz idi, onu da götürdülər. Avropa ölkələrində də 7 faiz müəyyən olunub. Azərbaycanda hətta kitabların statistikası belə aparılmır. Bu kitaba münasibətin göstəricisidir. Bizdə kitablar həddən artıq bahadır. Belarusda kitab mağazalarından icarə haqqı belə alınmır. Çünki fikirləşirlər ki, kitab olmasa, savadsızlıq baş alıb gedəcək.

Amma əsas çatışmamazlığı xalq kitabxanalarının (public library) olmaması ilə əlaqələndirirəm. Onsuz da qiymətindən asılı olmayaraq, Bakıda satılan kitab mağazalarında çeşidlilik tapmaq çətindir”.

Nərminə UMUDLU
pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Bakıda hamamda qadınla kişinin meyitləri tapıldı

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Qəzaya düşən aparıcı Aytən Səfərovanın vəziyyəti açıqlandı  

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Çin-Rusiya münasibətləri: Müharibənin səbəb olduğu məcburi evlilik...

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Qubad İbadoğlunun ibtidai istintaq işi üzrə yekun ittiham aktı elan edilib

Ən çox oxunanalar