Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Kənd təsərrüfatının son nəfəsi: Texnokapitalizm və dünyanı yox edən böyük şirkətlər...

Bütün dünya artıq tək formalı həyat tərzinə məhkum edilib. Bu “bazar”da bütün bəşəriyyət satın ala bilənlər və satın ala bilməyənlər olaraq iki yerə bölünüblər...

Mustafa KUTLU
“Yeni Şafak” qəzeti, Türkiyə, 2 oktyabr 2019-cu il

Bildiyimiz kimi, kənd təsərrüfatı cəmiyyəti artıq başa çatıb. Sənayeləşmə, sənaye sonrası və hiper-sənaye cəmiyyətlərindən sonra xidmət, informasiya və bilgi çağı başlayıb. Hətta bilginin sənayeni əvəz etdiyini deyənlər də var. Bunu deyənlər hamını axmaq yerinə qoyurlar. Sərmayə isə bunu deyir: “Müxalifət lazım olsa, onu biz edərik, siz narahat olmayın. Sizin üçün lazımi qədər məlumat, ləvazimat, laboratoriya və dünyanın hər yerindən işçi tapa bilərik. Siz təki sakitcə işinizi görün”.

Kapitalizm hər zamankından daha güclü və canlıdır. Artıq kapitalizmin yeni bir üzü var. Şirkətlərin innovasiya üçün texnologiyanı səfərbər etməsinin səbəbi nəzarəti ciddi şəkildə əlində saxlamasıdır. Kənd təsərrüfatı məhsulları, səhiyyə, mədəniyyət, əyləncə, informasiya kimi sahələrə aid olan məhsullar, təchizat, xidmət, dizayn, dərman, silah - yeni həyat tərzini yaradan hər cür mal satışa buraxılıb.

Bu halda qazanc əldə edənlər də kapitalist şirkətlərdir.

Texnokapitalizmin əlində artıq yeni bir “məhsul” var. Əslində, bu yeni dəyişikliyi ələ keçirən hər kəs onu özününkü hesab edir. Kənardan baxanda elə görünür ki, sanki, hər kəsin əlindədir. Amma ipin ucu başqa yerə gedib çıxır.

Az sayda şirkət bu texnologiyaya sahib olur və davamlı şəkildə yenilənir. Beləliklə, öz məntiqini və normalarını da yürütməyə çalışır.

Səhiyyə ləvazimatları sahəsində 7, kompüter sektorunda isə 10 şirkət dünya istehsalının 9/10-nu təşkil edir. Kommunikasiya sektorunda da 4 şirkət dünya bazarının 7/10-ni, informasiya xidmətlərində isə 8 şirkət dünya bazarının yarısını əlində saxlayır.

Yeni texnologiyalar, yeni istehsal və rəqabət, yeni məhsullar hər dəfə daha böyük araşdırmalar, təchizatlar və daha böyük investisiyalar tələb edir.

Böyük şirkətlər sadəcə olaraq istehsalı və bazarları müəyyənləşdirmir, həm də araşdırmaları yönləndirir, məhsulları dizayn edir, sistemləri formalaşdırır, tələb yaradır və nəhayət, cəmiyyətin həyat tərzini müəyyənləşdirir.

Yəni bütün dünya artıq tək formalı həyat tərzinə məhkum edilib. Bu “bazar”da bütün bəşəriyyət satın ala bilənlər və satın ala bilməyənlər olaraq iki yerə bölünüblər.

1990-cı illərin sonunda dünyada R&D (Araşdırma və İnkişaf) xərcləri belə bir mənzərə yaradırdı: Şimali Amerika 37,9, Qərbi Avropa 28,0, Yaponiya və digər sənaye ölkələri 18,6, Çin 4,9, Hindistan 2,2. Geri qalanlar isə çox da önəmli deyil. Keçən zaman ərzində Çin və Hindistan bunu artırıb. Lakin onların yolu eynidir. Şübhəsiz ki, sənaye yox olmayıb, sadəcə yenilənib. Bəzi ölkələr isə bu yenilənməyə tab gətirə bilmədi.

Bəzi sənayelər mərkəzdən ətrafa keçirildi. İncə texnologiya istəyənlər ucuz əməyin olduğu yerlərə toplaşdılar. Bəzi ölkələr isə (qəbilələr də deyə bilərik) hələ kənd təsərrüfatı cəmiyyətində yaşayır.

Son 50 ildə kənd təsərrüfatı əhalisi 7,5%-ə düşüb. İstanbul əhalisi 20 milyona çatır. Söhbət böyük şəhərlərdən gedir. Bunlar nə dərəcə şəhərləşib?

Şəhəri yaradan amil modern (dindən kənar) sənayeləşmədir. Bəs bu gördüyümüz şəhərlərin özəlliyi nədədir? Bizim, doğrudan da, burjuaziyamız, proletariatımız olubmu?

Görəsən, bütün insanlar şəhərlərə köçdüyü üçün kənd təsərrüfatı cəmiyyətinin xüsusiyyətlərini itirdilər? Ölkədə “şəhərli orta sinif” var, yoxsa bütün bunlar boş statistikadan ibarətdir?

Orijinal

Tərcümə PİA.az-ındır.

Fatimə ƏLİYEVA
pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Rusiya müdafiə nazirinin müavini Timur İvanov saxlanılıb

Kommunal Təsərrüfat müdiri icra başçısı olmağa çalışır...

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Peskov: "Şoyqunun müavininin saxlanılması barədə Putinə məruzə edilib"

Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - Video

Sabiq deputatın qardaşı oğlunun 350 min vergi borcu var

Bərdədə qaçırılan 23 yaşlı qızın anası: “Qışqırsa da...” - Yenilənib

Ən çox oxunanalar