Səudiyyə Ərəbistanı xarici işlər naziri Adil əl-Cübeyr İranla dialoq üçün ölkəsinin şərtlərini açıqladı...
PİA.az Avropa.info-ya istinadən xəbər verir ki, Cübeyr İran hökumətinin sözçüsü Əli Rebinin “Səudiyyə Ərəbistanı davranışlarında səmimi şəkildə dəyişiklik edərsə, danışıqlar tələbini məmnuniyyətlə qarşılayırıq” açıqlamasına “Twitter”də cavab verib.
Cübeyr ölkəsinin dialoq şərtlərini yazdığı tvitlərlə bu cür açıqlayıb:
“Terrora dəstək verməyi, xaos, destruktiv siyasətə və ərəb ölkələrinin daxili işlərinə müdaxiləni dayandırın. Kütləvi qırğın və ballistik raket proqramlarının inkişaf etdirilməsini dayandırın. Normal dövlət kimi davranın, terroru dəstəkləyən üsyançı dövlət kimi deyil. Səudiyyə Ərəbistan İranla Yəmən barəsində danışmayıb, danışmayacaq da. Yəmən bütün tərəfləri ilə yəmənlilərin işidir. Yəmən böhranının səbəbi İranın roludur. İranda bu rejimin Yəməndə istədiyi ən son şey sülh və sükunətdir”.
İran hakimiyyəti Cübeyrin açıqlamalarını hələ şərh etməyib.
pia.az