Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycanla Türkiyə arasında tələbə davası - Bizimkilər Türkiyədən niyə narazıdır?

Təhsil eksperti: “Azərbaycan tələbələrinin Türkiyəyə, eləcə də dünyanın digər ali təhsil müəsissələrinə üz tutmaqları son illərdə daha da artıb”

“Xaricdə təhsil almaqla bağlı dövlətin xüsusi proqramları da var idi. Amma hal-hazırda bu proqramlar yoxdur”.

Bu sözləri təhsil eksperti Elçin Əfəndi Azərbaycandan Türkiyəyə YÖS imtahanları ilə gedən tələbələrin sayının artma səbəblərini PİA.az-a şərh edərkən qeyd edib.

Xatırladaq ki, 2018-2019-cu tədris ilində dövlət xətti ilə xarici ölkələrin ali təhsil müəssisələrində 751 tələbə təhsil alıb.

Açıqlanan rəsmi statistikaya istinadən bildirir ki, son bir ildə dövlət xətti ilə xarici ölkələrin ali təhsil müəssisələrində təhsil alan tələbələrin sayı 2,4 dəfə azalıb. Belə ki, 2017-2018-ci tədris ilində dövlət xətti ilə xarici ölkələrin ali təhsil müəssisələrində 1800 tələbə təhsil alıb.

Məlumat üçün bildirək ki, dövlət xətti ilə xarici ölkələrdə təhsil alan tələbələrin sayı ən yüksək səviyyəyə 2015-2016-cı tədris ilində çətıb. Həmin il xaricdə 2 998 tələbə dövlət hesabına təhsil alıb.

Azərbaycandan Türkiyəyə YÖS imtahanları ilə gedən tələbələrin sayı isə günü gündən artmaqdadır. Yayılan məlumatlara görə bu da Təhsil Nazirliyinin və universitetlərin narazılığına və narahatçılığına səbəb olur. Hətta bəzi məlumatlara görə Azərbaycan Təhsil Nazirliyi ilə Türkiyə Təhsil Nazirliyi arasında bu məsələ ilə bağlı gərginlik yaşanmaqdadır.

Qeyd edək ki, bu iddiaları heç də əssasız saymaq olmaz. Çünki xaricə üz tutan tələbələr özəl universitetlərin cibindən gedir. Maraqlıdır ki, Azərbaycan universitetlərinin maddi bazası Türkiyə unversitetlərnin maddi bazasından dəfələrlə geri qalsa da və təhsil keyfiyyətcə çox aşağı olsa da Azərbaycanın özəl universitetlərində Təhsil haqqı Türkiyə universitetləri ilə eynidir. Bəzən isə daha bahadır. Qiymətlərin baha olmasına rəğmən təhsilin keyfiyyəti kifayət qədər aşağı olmaqla yanaşı, eyni zamnda Azərbaycan universitetlərini bitirən tələbələr ölkədə iş problemi ilə üzləşirlər. Xaricdə təhsil alan tələbələr isə bir qayda olaraq bu problemlərlə üzləşmirlər.

Mövzunu PİA.az-ın əməkdaşı təhsil eksperti Elçin Əfəndi ilə müzakirə edib.

Elçin Əfəndi: “İmkanlı şəxslərin övladları ümumiyyətlə Azərbaycanda təhsil almaqda maraqlı deyillər”.

Bu yaxınlarda Azərbaycanın Təhsil Nazirliyi ilə Türkiyənin Təhsil Nazirliyinin memorandum imzaladığını vurğulayan təhsil eksperti mövzu ilə bağlı PİA.az-a danışarkən bildirib ki, həmin memoranduma görə yalnız DİM-in imtahanında iştirak etmiş şəxslər Türkiyə universitetlərinə müraciət edə bilərlər. Bunu bir yumşaltma siyasəti kimi qiymətləndirmək olar. Buna baxmayaraq Türkiyəyə üz tutanların sayı çoxdur:

Azərbaycan tələbələrinin Türkiyəyə, eləcə də dünyanın digər ali təhsil müəsissələrinə üz tutmaqları son illərdə daha da artıb. Azərbaycanlı tələbələr daha çox Türkiyə universitetlərinə üz tuturlar.

Bunun da bir neçə səbəbləri var. Birinci səbəb odur ki, tələbələrimiz dil yaxınlığı tərəfdən Türkiyə universitetlərin seçirlər. İkinci səbəb isə digər ölkələrə nisbətən Türkiyədə yaşamaq maliyyə imkanları baxımından daha əlverişlidir.

Tələbələrimiz YÖS, SAT və digər proqramlar vasitəsi ilə Türkiyəyə və digər xarici ölkələrə üz tuturlar. Həmçinin də Türkiyə universitetlərinə tək atestatla qəbul olmaq mümkün olduğu üçün böyük kontinigent həmin universitetlərə qəbul olmaqda maraqlıdır.

Təbii ki, burada başqa səbəblər də var. Məsələn bizim DİM-də abituriyentlər aşağı bal toplayırlar. Buna görə də həmin şəxslər Türkiyə universitetlərinə qəbul olmaqda maraqlı olurlar.

Bu yaxınlarda Azərbaycanın Təhsil Nazirliyi ilə Türkiyənin Təhsil Nazirliyi memorandum imzalayıb ki, yalnız DİM-in imtahanında iştirak etmiş şəxslər Türkiyə universitetlərinə müraciət edə bilərlər. Bunu bir yumşaltma siyasəti kimi qiymətləndirmək olar. Buna baxmayaraq Türkiyəyə üz tutanların sayı çoxdur.

Elçin Əfəndi: “Təhsil Nazirliyi çalışır ki, xaricə üz tutan gənclərimizin sayı azalsın”.

Azərbaycanda müəyyən təhsil ocaqları var ki, onlarda təhsil bahadır. Bunlara misal olaraq “Xəzər”, “ADA”, “Azərbaycan Tibb Universitet”ləri göstərmək olar. Bu təshil ocaqlarında təhsil haqqı 4000-6000 manat civarındadır. Təhsil haqqında görə təbii ki, hər bir tələbə də həmin universitetlərə daxil ola bilmir. Bu da təhsilin əlçatanlılığını aşağı səviyyədə saxlayan bir vəziyyətdir.

Yüksək bal toplayan tələbələrin bəziləri Azərbaycanda istədikləri ixtisaslara qəbul olmadıqları zaman xarici ölkə universitetlərinə üz tuturlar. İmkanlı şəxslərin övladları isə ümumiyyətlə Azərbaycanda təhsil almaqda maraqlı deyillər. Onlar birbaşa olaraq ingilis dili və riyaziyyat, yaxu da məntiq və ingilis dili üzrə hazırlıq keçirlər. Onlar üçün xarici ölkə universitetlərinə qəbul olmaq daha asan olur.

Hal-hazırda Təhsil Nazirliyində bu problemlərlə bağlı işlər görülür. Yəni nazirlik çalışır ki, xaricə üz tutan gənclərimizin sayı azalsın.

Qeyd edim ki, xaricdə təhsil almaqla bağlı dövlətin xüsusi proqramları da var idi. Amma hal-hazırda bu proqramlar yoxdur. Bir neçə il əvvəl dövlət özü maraqlı idi ki, gənclər Macarıstanda təhsil alsınlar. Ola bilsin ki, qarşıdakı illərdə yenidən belə proqramlar həyata keçirilsin”.

Nərminə UMUDLU
pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək

Ən çox oxunanalar