Cümə axşamı, 18 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Penitensiar Xidmət: Şəfəq Ağacan aclıq aksiyası keçirmir

Penitensiar Xidmət həbsdə olan Şəfəq Ağacanın aclıq aksiyası keçirməsi ilə bağlı yayılan məlumatlara münasibət bildirib...

Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Mehman Sadıqov “Report”a bildiirb ki, Ş.Ağacan heç bir aclıq aksiyası keçirmir.

Onun sözlərinə görə, barəsində həbs qətimkan tədbiri seçilmiş qadın su və qida qəbul edir: “Penitensiar Xidmətin rəhbərliyindən olan rəsmi şəxs İstintaq Təcridxanasında məhkumların və həbs edilmiş şəxslərin qəbulunu keçirib. O cümlədən Şəfəq Ağacan da həmin qəbulda olub, onunla söhbət edilib. Şəfəq Ağacan heç bir probleminin olmadığını, aclıq aksiyası da keçirmədiyini bildirib”.

Qeyd edək ki, rəsmi məlumata əsasən, Ş.Ağacan Bakının Nərimanov rayonu ərazisində narkotik maddə olan marixuananı satarkən yaxalanıb.

Hüquq-mühafizə orqanlarının əməkdaşları onun üzərinə baxış keçirərkən ondan satmaq məqsədilə bükülmüş halda olan narkotik maddə aşkar edərək götürüblər.

Xatırladaq ki, Ş.Ağacan “Bakupress” milli informasiya agentliyinin rəhbəridir.

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Samir Əsədli:" Sülhməramlılar Xudavəng monastırına bizi buraxmadılar"

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Aytən Səfərovanın düşdüyü qəzada ölən gəncin görüntüsü

Ramiz Mehdiyevin kürəkəni Şabranda 52 hektar torpağı ələ keçirdi – Qalmaqallı məhkəmə işi

Paşinyandan növbədənkənar seçki ilə bağlı açıqlama

Paytaxt sakinini həkim yox, texniki işçi əməliyyat edib? - Ağılasığmaz iddia

Dünyada cəmi beş ədəd olan avtomobildən biri satışa çıxarılıb - Foto

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Azərbaycanda ucuzlaşan ərzaq məhsulları hansılardır? - Video

Ən çox oxunanalar