Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

"Cənnət və cəhənnəm xüsusi bir zümrənin yeri deyil" -Hacı Şahin

Hacı Şahin Akif islamzadənin fikirlərinə münasibət bildirib...

“Bu hədis bəzi kitablarda qeyd olunub, amma sənəd nöqteyi-nəzərindən mötəbər hesab olunmur. Yəni tam səhih hədis sayılmır. Peyğəmbərimizdən nəql olunan kəlamları araşdıran hədisşünas alimlər qeyd edir ki, cəhənnəmdə qadınların daha çox olması ilə bağlı olan hədis mötəbər hesab olunmur. Çünki başqa hədislərdə bunun tam əksi də söylənilir. Məsələn, birində qeyd olunur ki, cənnət əhlinin çoxu qadınlardır. İki ziddiyyətli fikir kimi görünür. Odur ki, bu sözlər hədis mütəxəssisləri tərəfindən araşdırılmalıdır”.

PİA.az Publika.az –a istinadən xəbər verir ki, bu sözləri ilahiyyatçı Hacı Şahin Akif İslamzadənin bu yaxınlarda mətbuata verdiyi və sosial şəbəkələrdə böyük müzakirlərə yol açan müsahibəsində “Cəhənnəmə düşənlərin əksəriyyəti qadınlardır” sözlərinə münasibət bildirərkən deyib. İlahiyyatçı qeyd edib ki, Akif İslamzadənin müsahibəsində haqqında danışdığı hədis mötəbər hesab olunmur:

“Ümumiyyətlə, fərqi yoxdur, istər qadın olsun, istərsə də kişi, hər bir insan öz əməli ilə cənnət və cəhənnəmi qazanır. Cənnət və cəhənnəm xüsusi bir zümrənin yeri deyil. Hədisdə qeyd olunur ki, peyğəmbərimiz xüsusi olaraq bir qrup qadınlara müraciətində bunu deyib. Yəqin ki, onları hansısa əməllərdən çəkindirmək üçün tövsiyə məqsədilə bu sözü deyib. Hədislər əsasən "Qurani-Kərim" və insanın sağlam məntiqi ilə uzlaşdırılmalıdır. Birmənalı fikir söyləmək təbii ki, doğru deyil. Yəqin ki, bu hədisi Akif bəy kitablardan oxuyub. Bütün hallarda hədislərin daha geniş araşdırmaya ehtiyacı var. Çünki yuxarıda dediyim kimi, tamamilə əks fikirlər səsləndirənlər də var. Qadınların ucalığı haqqında “Qurani-Kərim”də 3 surə nazil olunub. Odur ki, belə müzakirələrdə qəti fikir söyləmək təbii ki, düzgün olmaz. Quranda qeyd olunub ki, insan öz əməlinə cavabdehdir, Allah heç kəsin əməlini zay etməz. Cinsindən asılı olmayaraq, istər kişi olsun, istər qadın əməli salehdirsə, Allaha yaxınlığı ilə dəyər qazanır, əməlləri onun aqibətini müəyyən edir. Bu baxımdan bu tip hədislərə tam istinad etmək doğru deyil”.

Hacı Şahin daha sonra Akif İslamzadənin “Qadınların elmləri ibtidai sinifdən o tərəfə keçmir” sözlərinə münasibət bildirib:

“Elm tarixinə müraciət etsək, deyə bilərik ki, kişi alimlər qadınlardan daha çoxdur. Amma bu, o demək deyil ki, qadınların hamısı savadsızdır. Dünya elminə, bəşər tarixinə, mədəniyyətinə əvəzsiz töhfələr verən qadınlar olub və bu gün də var. Ümumiyyətlə, qadınların emosional yönü daha güclü olur, hər halda bu amil ağlının zəif olmasını deməyə əsas vermir. Əksinə, deyərdim ki, qadınların emosional yönünün daha üstün olması qadınları kişilərdən üstün edən başlıca səbəbdir. Hər bir ailədə qadın mərhəmət və məhəbbət simvoludur, yuvasının ocağı hesab olunur, ictimai mühitə təsir nöqteyi nəzərdən də qadının önəmi kişilərdən daha çoxdur. Həmin o kişi alimləri və peyğəmbərləri də yetişdirən analardır. Qadınlar daha məsuliyyətli işlə məşğuldur, cəmiyyət üçün insan formalaşdırır, bu səbəbdən digər sahələrdə kişilər qədər uğur qazanmayıb. Hər halda bu, onu göstərmir ki, qadınlar kişilərdən aşağı dərəcəlidir. Ümumiyyətlə, insanlıq mənəvi göstəricilərlə ölçülür. Odur ki, qətiyyətlə qadınların savadsız olduğunu söyləmək ədalətsizlik olardı. Eyni zamanda, düşünürəm ki, kişilər insan formalaşdırmağın öhdəsindən qadınlar qədər gələ bilməz. Hər kəs təsdiq edə bilər ki, övladın formalaşmasında ananın təsiri daha çoxdur. Qadınlar cəmiyyətin sütunu hesab olunmalıdır”.

Hacı Şahin sonda onu da əlavə edib ki, Akif İslamzadəni mühakimə etmək fikrində deyil, həmçinin qısa bir müsahibədən müğənninin fikirlərini tam şəkildə incələmək mümkün olmur:

“Akif İslamzadə böyük hörməti olan dəyərli bir sənətkardır. Hər bir halda onun fikirlərini təftiş etmək istəmirəm. Kiçik bir müsahibədə onun nəyi nəzərdə tutduğunu dəqiqliklə bilmərik, bu baxımdan qəti fikir söyləmək çətindir. Kimisə ittiham etməyi ümumiyyətlə sevmirəm. Fikirlər müzakirə oluna bilər, istənilən məsələ ilə bağlı baxışlar fərqli ola bilər. Bu, Akif İslamzadənin şəxsi görüşləridir. Bəlkə də fikrini daha geniş izah etsə, fərqli arqumentlər və əsaslar gətirə bilər. Qısa müsahibədən insanın fikirlərini tam şəkildə incələmək mümkün olmur”.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Ən çox oxunanalar