Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Keçmiş prezidentin intihar məktubu :"Alçalmayacam!"

"Dostlarıma qürurumu, düşmənlərimə isə nifrətimin ifadəsi kimi cəsədimi qoyub gedirəm”

Perunun keçmiş prezidenti Alan Qarsianın intihardan əvvəl yazdığı məktub yayılıb.

“Reuters” agentliyi bildirir ki, ailəsinin iddiasına görə Qarsia bu məktubda özünü siyasi düşmənlərinin qarşısında alçalmamaqdan ötrü öıdürdüyünü yazıb.

Qarsia aprelin 17-də polis onu həbs etmək üçün evinə gələndə güllə ilə özünü vurub. O Braziliyanın “Odebrecht” tikinti şirkətindən rüşvət almaqda ittiham edilirdi və polis onu bu ittihamla bağlı həbs etməliydi.

“Odebrecht” şirkəti bütün Cənubi Amerika boyunca böyük korrupsiya qalmaqalına səbəb olub. Qarsiyadan başqa bu şirkətdən rüşvət almaqda daha üç keçmiş Peru prezidenti ittiham olunur.

Qarcia intihardan əvvəl ona qarşı ittihamların siyasi qisas olduğunu bəyan etmişdi.

“Reuters” bildirir ki, intihar məktubunun Qarsia tərəfindən yazılması müstəqil mənbə tərəfindən hələlik təsdiq edilməsə də, onun qızı Lusiana Qarsia bu məktubu atasının APRA partiyasının keçirdiyi xatirə mərasimində oxuyub: “Mən alçaldılmağıma yol verməyəcəyəm. Mən başqalarının qandallı şəkildə ortalıqda gəzdirilməsinin, miskin bir həyata düçar edildiyinin şahidi olmuşam. Lakin Alan Qarsianın bu ədalətsizliklərin iztirabını çəkməsinə ehtiyac yoxdur”.

Məktubda daha sonra deyilir:“Bu səbəbdən də övladlarıma qərarlarımın ləyaqətliyini qoyub gedirəm. Dostlarıma qürurumu, düşmənlərimə isə nifrətimin ifadəsi kimi cəsədimi qoyub gedirəm”.

“Reuters” yazır ki, bu məktub “Odebrecht” təhqiqatının Perunun və bütün Latın Amerikasının siyasi həyatında necə dərin bir parçalanma yarandığını nümayiş etdirir.

“Odebrecht” işini aparan Peru prokurorları bildiriblər ki, onlar Qarsianın həbsi üçün əsas verən kifayət qədər dəlil toplaya biliblər. Lakin Qarsia sağlığında ona qarşı ittihamların heç birini qəbul etməyib və istintaqın siyasi motivli olduğunu söyləyib.

Keçmiş prezidentin məktubunda daha sonra deyilir:“Əksəriyyətin inandığı bu şayiələr və niftrət zəmanəsində…mən bu istintaqlardan həqiqətin üzə çıxarılması üçün yox, adamların alçaldılması üçün istifadə edildiyini çox görmüşəm”.

Bu təhqiqatın aparılmasına sərəncam vermiş Peru prezidenti Martin Vizcarra mərhumun ailəsinə onun üçün keçmiş prezident kimi dövlət dəfninin keçirilməsini təklif edib.

Lakin Qarsia ailəsi Vizcarranın təklifini rədd edib və bildirib ki, keçmiş prezidentin dəfn mərasimində yalnız onun ailə üzvləri və ən yaxın dostları iştirak edəcəklər. Siyasi şərhçilər bildirirlər ki, Qarsianın intiharı Vizcarra hökuməti ilə əksəriyyətini sağ təmayüllü siyasilər təşkil edən parlament arasında qarşıdurmanı daha da gücləndirəcək. (Reuters)

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Ən çox oxunanalar