2019-cu ildə qlobal iqtisadi artım 2,6%, 2020-ci ildə isə 2,5% təşkil edəcək. Bu, 2012-ci ildən bəri ən aşağı hədd olacaq...
Bu barədə "Fitch" beynəlxalq reytinq agentliyinin açıqlamasında bildirilir.
Agentlik bəyan edib ki, ABŞ-Çin ticarət müharibəsinin təsirlərini nəzərə alaraq 16 ölkə üçün iqtisadi inkişaf proqnozunu azaltmalı olub.
"Fitch"in baş iqtisadçısı Brian Coltonun sözlərinə görə, 1930-cu illərdən bəri qlobal iqtisadiyyat ticarət münasibətlərindən indiki qədər təsirlənməyib.(report)
pia.az