Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Jak Şirak İraq işğalına qarşı çıxmaq üçün Səddamdan rüşvət alıbmış…

İddialara görə, ötən həftə vəfat edən Jak Şirak “İraq işğalına qarşı” çıxdığına görə Səddam Hüseyndən 6 milyon dollar alıbmış…

Elvide DEMİRKOL
“The Independent” qəzeti, Türkiyə, 29 sentyabr 2019-cu il

Fransada ən uzun müddətə prezidentlik edən ikinci şəxs kimi adını tarixə yazdıran Jak Şirakın ölümündən çox keçməmiş ortaya onunla bağlı maraqlı iddialar atılmağa başlanıb.

Böyük Britaniyanın xarici kəşfiyyat xidməti Mİ6-nın sabiq rəhbəri Riçard Dirlov bildirib ki, İraqın işğalı üçün ABŞ liderliyində formalaşdırılan koalisiyaya qarşı çıxması üçün Fransa prezidentinə İraq lideri Səddam Hüseyn milyonlarla dollarlıq rüşvət təklif edib.

İşğal zamanı Mi6 rəhbəri olan Dirlov xatırladır ki, Fransa lideri həmin dönəmdə ABŞ prezidenti Corc Buşun hərbi hərəkat planı əleyhinə mövqe nümayiş etdirmişdi.

“Daily Mail” qəzetinə özəl açıqlama verən 86 yaşlı Dirlov qeyd edir ki, Şirakın müharibəyə qarşı çıxmasının əsas səbəbi seçki kampaniyalarında istifadə etmək üçün Səddam Hüseyndən aldığı “kifayət qədər nəğd pul” olub.

Şirakın ölümündən bir neçə gün sonra ortaya sensasiyalı iddialar atan Dirlov deyir:

ABŞ-ın və Birləşmiş Krallığın kəşfiyyat xidmətlərinin əlində Şirakın Səddam Hüseyndən pul alması ilə bağlı güclü sübutlar var. Vəfatından sonra çıxan yazılarda Şirakın İraq məsələsində haqqlı olduğu, geri qalan hər kəsin də haqqsız olduğu qeyd olunur. Lakin bildirməliyəm ki, Şirakın doğru olanı etməsinin arxasındakı səbəb heç də göründüyü kimi deyil”

Millətə səsələnib “müharibə əleyhinə” mövqe nümayiş etdirmişdi

O dönəmdə Mİ6 və ABŞ-ın kəşfiyyat xidmətlərinin topladığı və etibarlı olduğu iddia edilən kəşfiyyat bilgilərində Şirakın 1995 və 2002-ci il prezident seçkilərində mübarizəyə davam etmək üçün Səddam Hüseyndən təxminən 6 milyon dollar aldığı irəli sürülüb.

“Daily Mail”in kəşfiyyat qaynaqlarına əsasən verdiyi xəbərə görə, bu pul Səddamın şəxsi fondlarından maliyyə vasitəçiləri ilə Şiraka çatdırılıb.

Qeyd edək ki, Səddam Hüseynin kütləvi qırğın silahlarına sahib olduğunu iddia edən ABŞ-ın və Birləşmiş Krallığın işğal planlarına qarşı hərəkət edən Fransa, Almaniya və Rusyanın daxil olduğu ittifaqa Jak Şirak liderlik edirdi.

O dönəm televiziyaya çıxaraq millətə səslənən Şirak elan etmişdi ki, Corc Uolker Buş və Toni Bleyirin İraq işğalına icazə verən bir qərar almasını əngəlləmək üçün Fransanın daimi üzvü olduğu BMT Təhlükəsizlik Şurasında veto hüququndan istifadə edəcək.

Amerika mediası fransızları məsxərəyə qoymuşdu

Digər tərəfdən də Şirakın müharibə əleyhinə göstərdiyi mövqe Fransa ilə ABŞ arasında böyük bir gərginliyə səbəb olmuş, Amerika mediasında fransızları “pendir yeyən qorxaq meymunlar”, adlandıraraq məsxərəyə qoymuşdular. “French fries” (fransız qızartması) kimi tanınan yeməyin adı ölkədəki bəzi restoranlarda “Freedom fries” (Azadlıq qızartması) olaraq dəyişdirilmişdi.

ABŞ və Böyük Britaniya BMT-dən razılıq almadan İraq müharibəsinə başlamış, Fransa isə koalisiyadan kənarda qalmışdı.

Fransanı 1995-2007-ci illərdə idarə edən Jak Şirak keçən cümə axşamı günü 87 yaşında həyatını itirib.

Fransua Mitterandan sonra ən uzun müddət hakimiyyətdə olmuş ikinci prezident kimi tarixə keçən Şirak ilk dönəmdə 7 il, ikinci dönəmdə isə 5 il olmaqla, ümumən 12 il Fransa prezident olmuşdu.

Orjinal

Tərcümə PİA.az-ındır.

Fatimə ƏLİYEVA
pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Qeyri-neft sektorunun inkşafı və Dövlət İnvestisiya Şirkətinin batırdığı sərmayələr... - I yazı

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Ən çox oxunanalar