Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Leyla Əliyeva “LEYLA. FONS VITAE” poeziya tamaşasını izləyib - Foto

Heydər Əliyev Fondunun vitse-prezidenti ilə yanaşı Arzu Əliyeva da tamaşanı izləyib...

İkinci Nəsimi – şeir, incəsənət və mənəviyyat Festivalı çərçivəsində sentyabrın 30-da Maqsud İbrahimbəyov Yaradıcılıq Mərkəzində "LEYLA. FONS VITAE" poeziya tamaşası təqdim olunub.

Trend-in məlumatına görə, tamaşanı izləyənlər arasında Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Arzu Əliyeva da olub.

"LEYLA. FONS VITAE" Leyla Əliyevanın və şair və dramaturq, Çexiyada yaşayan həmvətənimiz Leyla Bəyimin (Cəfərovanın) iştirakı ilə hazırlanmış ilk tamaşadır.

Fons Vitae (lat.) – həyat mənbəyi deməkdir. Bu termin XI əsr şair və filosofu, o zaman üç din arasında tolerantlıq mərkəzi olan Toledoda yaşamış Solomon ibn Qabirolun mesajıdır. Solomon ərəb dilində yazıb, daha sonra latın dilinə "Fons Vitae" şəklində tərcümə edib.

İmadəddin Nəsimi və Solomon ibn Qabirol fərqli zamanlarda, amma ərəb xilafətinin eyni mədəni məkanında yaşayıblar və poeziyalarında bənzər dini köklər və fəlsəfə əks olunub.

Tamaşanın nümayişindən əvvəl səhnə əsərinin quruluşçu rejissoru, Xalq artisti Vaqif Əsədov deyib ki, Leyla Əliyeva və Leyla Bəyimin əsərlərində çox yaxın bağlar var. Onlar da öz sələfləri kimi bütün poetik axtarışlarında kamil insan obrazı yaratmaq, Allahın böyüklüyünü insanda görmək, onda tapmaq istəyirlər. Tamaşada Solomon ibn Qabirol Nəsimi ilə üz-üzə gəlir. Səhnə əsərində hər iki şairin 5 şeirindən istifadə edilib. Bu əsərlər bütövlükdə Nəsimi poeziyasının ruhuna yaxın, həm də festivala bir töhfədir.

Rejissor deyib ki, Leyla Əliyeva və Leyla Bəyimi bir-birinə bağlayan, yaxınlaşdıran ideyadır. Bu ideya vaxtilə Nəsimini Solomonla bağlayıb. Əsrlər keçib, bu ideya yenidən iki söz adamını birləşdirir. Burada əsas ideya İnsandır.

Birinci Nəsimi – şeir, incəsənət və mənəviyyat Festivalından "Qurban" immersiv tamaşası ilə sənətsevərlərə yaxşı tanış olan Leyla Bəyim deyib ki, bizim Nəsimi – şeir, incəsənət və mənəviyyat Festivalı çərçivəsində düşündüyümüz poetik tamaşa ideyası zamanın fövqündə olan şairin tutduğu yolu, onun mənəvi maariflənmə yolunu göstərməkdən ibarətdir.

Solomon ibn Qabirolun poeziyasının ruhu zaman məfhumu altında Nəsimi poeziyasından gecə səmasında parlayan yeni ulduz, sevgi ulduzu kimi keçir. Əsrlər ötür, sərhədlər, dillər dəyişir, lakin poeziya və mənəviyyat dili eynidir... Bu, bizim Leyla Əliyeva ilə gələcək dialoqumuzun rasional toxumudur. Bu dialoq məna etibarilə özümüzün əksidir. Bu, öz daxilimizə nüfuz etmək, işığa aparan "gecə"nin dərinliyinə dalmaqdır.

Sonra tanınmış elm və mədəniyyət xadimlərinin, şeirsevərlərin iştirakı ilə "LEYLA. FONS VITAE" poeziya tamaşası təqdim olunub.

Poeziya tamaşasında iki şairənin şeirləri dialoq şəklində, dram quruluşu müşayiəti ilə söylənilib. İki şairənin poetik deyişməsi simvolik olaraq şairlərin lirik qəhrəmanının mənəvi inkişaf və maariflənməsi yolunu əks etdirir.

Tamaşada Fuad Osmanov Solomon ibn Qabirolun, Oleq Əmirbəyov isə Nəsiminin obrazını canlandırıblar.

Tamaşa bütün iştirakçılar tərəfindən maraqla qarşılanıb.

Tamaşanın iştirakçıları və festivalın qonaqları dahi mütəfəkkir və filosofa həsr edilmiş festivalın təşkilinin təkcə ölkənin mədəni həyatı üçün yox, ümumilikdə bütün ictimaiyyət üçün böyük əhəmiyyət kəsb etdiyini söyləyiblər. "LEYLA. FONS VITAE" poeziya tamaşasının bənzərsizliyini xüsusi vurğulayan qonaqlar hər iki şairəni təbrik edib və onlara ən xoş arzularını çatdırıblar.

pia.az

 

Fotolar





Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Qeyri-neft sektorunun inkşafı və Dövlət İnvestisiya Şirkətinin batırdığı sərmayələr... - I yazı

Laçında xarici ekspertlərin iştirakı ilə beynəlxalq konfrans işə başlayıb - Yenilənib

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Şoyqunun həbs edilən müavini Alina Kabayeva ilə eyni qəsəbədə villa tikdirib

Ən çox oxunanalar