Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycan Prezidenti Çin Xalq Respublikasının Sədrini təbrik edib

İlham Əliyev Çin Xalq Respublikasının Sədri Si Cinpinə təbrik ünvanlayıb...

APA-nın xəbərinə görə, təbrikdə deyilir: “Hörmətli cənab Sədr,

Çin Xalq Respublikasının yaranmasının 70-ci ildönümü münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.

Ötən illər ərzində Çin Xalq Respublikası böyük inkişaf mərhələsi keçərək həyatın bütün sahələrində misilsiz uğurlar qazanmış, köklü iqtisadi islahatlar yolu ilə modern infrastruktura malik ölkəyə, dünyanın ən aparıcı dövlətlərindən birinə çevrilmişdir.

Müəllifi olduğunuz “Bir kəmər, bir yol" təşəbbüsü irimiqyaslı transmilli beynəlxalq əməkdaşlıq layihəsi kimi ayrı-ayrı ölkələrin və bütövlükdə Avrasiya məkanının çiçəklənməsi üçün geniş imkanlar açmışdır.

Xüsusi olaraq qeyd etmək istərdim ki, biz Azərbaycan-Çin əməkdaşlığına böyük əhəmiyyət veririk. Qədim tarixə və xoş ənənələrə malik olan əlaqələrimiz hazırda özünün dinamik və hərtərəfli inkişaf dövrünü yaşayır.

Dövlətlərarası münasibətlərimizin yüksək səviyyəsi siyasi, iqtisadi və humanitar sahələrdə birgə səmərəli işimiz üçün yaxşı zəmin yaratmışdır. Əminəm ki, qarşılıqlı etimad və dəstəyə əsaslanan əməkdaşlığımızın ikitərəfli və çoxtərəfli qaydada daha da dərinləşməsi istiqamətində atdığımız addımlar bundan sonra da xalqlarımızın mənafelərinə xidmət edəcəkdir.

Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Çin xalqına daim sülh və rifah diləyirəm”.

pia.az


Etiket: İlham Əliyev


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Firuzə İbadova: “Cavanşirsiz səhnəni tərk edirəm”

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - Yenilənib

Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı    

Ən çox oxunanalar