Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bu hərbi qulluqçuların pensiyası ilə bağlı layihə qəbul edildi

Milli Məclisin bu gün keçirilən plenar iclasında "Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında" və "Əmək pensiyaları haqqında" qanunlarına dəyişiklik layihəsi müzakirəyə çıxarılıb...

PİA.az “Report”a istinadən xəbər verir ki, sənəddə bəzi hərbi qulluqçuların pensiya təminatının müəyyən olunması qaydasının dəqiqləşməsini nəzərdə tutulur Qanunun 21-ci (Sığorta stajına daxil edilən iş və ya digər fəaliyyət müddətləri) maddəsinə əsasən, sığortaolunanın sığorta stajına bu qanunun 21.1-ci (Qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyən hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir) maddəsində qeyd olunan müddətlərdən əlavə, aşağıdakı müddət də daxil edilir: Müddətli həqiqi hərbi (alternativ) xidmət (1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində müddətli həqiqi hərbi xidmət dövrü daxil olmaqla) və müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olduğu müddət, müvafiq icra hakimiyyəti orqanlarında xidmət müddəti. Dəyişikliklə isə hərbi xidmət nəzərdə tutulan digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) xidmət müddəti də əlavə edilir.

Bildirilib ki, layihə “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanunda dəyişiklik edilməsi barədə 2018-ci ilin 12 oktyabr tarixli 1280-VQD nömrəli qanunun icrasını təmin etmək məqsədilə hazırlanıb. Həmin qanunda hərbi qulluqçuların yalnız Azərbaycan Respublikasının Silahlı Qüvvələrində deyil, habelə hərbi xidmət nəzərdə tutulan digər dövlət orqanlarında da xidmət keçməsi müəyyən olunub. Belə ki, bəzi qurumlar var ki, onları silahlı birləşmələrə aid etmək mümkün deyil, lakin həmin qurumlarda hərbi xidmət nəzərdə tutulub (Məsələn, Fövqəladə Hallar Nazirliyinin bəzi hərbi qulluqçuları, Hərbi Prokurorluğun hərbi qulluqçuları və s.).

Təqdim olunan layihə belə qurumların hərbi qulluqçularının dövlət icbari tibbi sığortası və pensiya təminatının əvvəlki qaydada saxlanılmasına xidmət edir.

Layihə müzakirələrdən sonra səsverməyə çıxarılaraq qəbul olunub.

pia.az


Etiket: Milli Məclis


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Qeyri-neft sektorunun inkşafı və Dövlət İnvestisiya Şirkətinin batırdığı sərmayələr... - I yazı

Laçında xarici ekspertlərin iştirakı ilə beynəlxalq konfrans işə başlayıb - Yenilənib

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Şoyqunun həbs edilən müavini Alina Kabayeva ilə eyni qəsəbədə villa tikdirib

Ən çox oxunanalar