Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Rafael Cəbrayılov deputat pensiyası alacaq

Deputat vəsiqəsini girov qoymaqla 300 min dollar borc götürən Rafael Cəbrayılov mandatdan imtina ilə bağlı Milli Məclisə müraciət edib...

Spiker Oqtay Əsədov Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyevə tapşırıb ki, deputat Rafael Cəbrayılovun mandatından imtina etməsinə dair sənədlər qanunvericiliyin tələblərinə uyğun hazırlanaraq, Mərkəzi Seçki Komissiyasına göndərilsin.

Maraqlıdır, qanunvericilik deputatlıq fəaliyyətinə xitam verildikdən sonra R.Cəbrayılova hansı imtiyazlardan istifadə haqqını tanıyır?

Hüquqşünas, Konstitusiya Araşdırmaları Mərkəzinin Prezidenti Əliməmməd Nuriyev mövzu ilə bağlı Modern.az-a bildirib ki, Rəfael Cəbrayılov mövcud siyasət üçün ən doğru qərar verib:

“Onun deputat mandatından imtina etməsi istefa mədəniyyətinin bir göstəricisidir. Mərkəzi Seçki Komissiyası mandatına xitam verdikdən sonra Rafael Cəbrayılov deputatların istifadə etdiyi hansısa imtiyaz və səlahiyyətlərdən istifadə edə bilməz”.

Hüquqşünas deyib ki, qanunvericiliyə görə, sdı çəkilən vətəndaş pensiya yaşını tamamlayanda – 65 yaşında deputatlıq fəaliyyətinə görə, pensiyaya çıxa biləcək:

“Çünki o, üçüncü çağırışdan bəri Milli Məclisin deputatıdır. Ona görə də deputatlığa görə pensiya almaq hüququnu itirmir”.

1958-ci il təvəllüdlü Rafael Cəbrayılovun hazırda 61 yaşı var.

Qeyd edək ki, Rafael Cəbrayılov deputat vəsiqəsini 300 min manat borc qarşılığında girov qoyması ilə gündəmə gəlib.

R.Cəbrayılov Təranə Fətəliyeva adlı vətəndaşdan ev tikmək üçün notariat qaydasında təsdiq olunmuş şəkildə 300 min ABŞ dolları məbləğində borc alıb. Lakin deputat borcu vaxtında ödəyə bilməyib. O, borcu vəd etdiyi vaxta qaytara bilmədiyi üçün zəmanət kimi III və IV çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatının vəsiqəsinin əslini girov qoyub. R. Cəbrayılov T. Fətəliyevadan başqa Xatirə Nəcəfova adlı daha bir qadından da borc alıb.

Xatırladaq ki, pensiya hüququna malik olan eks-deputatlara Milli Məclisinin fəaliyyətdə olan deputatının maaşı qədər pensiya verilir.

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

"Belə iddia səsləndirəndə mətndə rəqəm, hesabat olur, daha səbət və gilas yox" - AYNA sərt tənqid edildi

Bakıda və üç rayonda qazın verilişində məhdudiyyət olacaq

Binə qəbiristanlığında çayxana tikilir? - Video

Bakıda 13 yaşlı oğlan internat məktəbindən qaçaraq atasını axtarır

Ən çox oxunanalar