Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycan və Gürcüstan bazarları - Kəskin qiymət fərqi hansı səbəbdən yaranır?

Gürcüstan və Azərbaycan bazarlarında kəskin qiymət fərqinin yaranmasında monopolya və Gömrük Komitəsinin qanunsuz yığımları müstəsna rol oynayırmı?..

İqtisadçı-ekspert: “Azərbayand dövlət büdcəsi kəsirinin örtülməsi üçün hökumətin böyük ölçüdə vergi və rüsumlara yönəldiyi hər kəsə məlumdur”.

“Gürcüstan bütün postsovet ölkələri arasında öz loyal vergi siyasəti ilə fərqlənən bir ölkədir. Buna görə də, Gürcüstanı Azərbaycanla heç cür müqaisə etməmiz doğru olmaz”.

Bu sözləri iqtisadçı-ekspert Vüsalə Əhmədova Gürcüstanla Azərbaycan arasında bir çox mallar arasında ciddi fərqlərin olması səbəbləini PİA.az-a şərh edərkən qeyd edib.

Gürcüstanla Azərbaycan arasında bir çox mallar arasında ciddi fərqlər var. Və bu fərqlər heç də yaxın zamanlarda yaranmayıb. Demək olar ki, son 2-25 ildə Gürcüstanda qiymətlər mallara görə az qala 2-3 Azərbaycandan ucuzdur. Misal üçün maşınlar, maşın avadanlıqları, bir çoz texniki və məişət avadanlıqları Gürcüstanda bizdən olduğundan qat-qat ucuzdur.

Siyahını çox uzatmaq olar və nəzərə alsaq ki, adam başına düşən ÜDM səviyyəsi Gürcüstanda Azərbaycandan bir qədər artıqdır, o zaman hansı amillər Gürcüstan bazarının ucuz, Azərbaycan bazarının isə qat-qat baha olmasına yol açır? Həmçinin Gürcüstan və Azərbaycan bazarlarında kəskin qiymət fərqinin yaranmasında monopolya və Gömrük Komitəsinin qanunsuz yığımları müstəsna rol oynayırmı, yoxsa bu amillərin rolu elə də böyük deyil?

Mövzu ilə bağlı PİA.az-ın əməkdaşı iqtisadçı-ekpert Vüsalə Əhmədovanın fikirlərini öyrənib.

Vüsalə Əhmədova: “Danılmaz faktdır ki, gömrük orqanlarımızda korrupsiya halları da baş alıb gedir”.

Nazirlər Kabinetinin gömrük rüsumlarına edilən yeni dəyişiklikləri ölkədə rəqabətə davamlı məhsulların istehsalı və daxili bazarın qorunması ilə əsaslandırdığını xatırladan iqtisadçı-ekspert bildirib ki, ölkədə yerli avtomabil istehsalının olmadığı və hətta xarici avtomobil markalarının ölkədə istehsal nümayəndəliklərinin olmadığı bir şəraitdə hansı daxili bazarın qorunmasından söhbət gedə bilər? Bu qanunu birbaşa dövlət büdcəsini doldurmağa hesablanmış bir addım kimi dəyərləndirirəm:

“Gürcüstan bütün postsovet ölkələri arasında öz loyal vergi siyasəti ilə fərqlənən bir ölkədir. Buna görə də, Gürcüstanı Azərbaycanla heç cür müqaisə etməmiz doğru olmaz deyə düşünürəm. Bu ölkədə 6 növ vergi tətbiq edilir ki, onlardan da cəmi üçü (ƏDV, gəlir vergisi, mənfəət vergisi) sabit vergi dərəcəsinə malikdir. İdxal, əmlak və aksiz vergi dərəcələri isə dəyişkəndir. Məsələn, idxal vergisi üzən dərəcəyə tabedir. Qanunla müəyyən edilmiş hallardabu vergi növü üzrə bir çox güzəştlərtətbiq edilir, hətda vergidən azad edilmə də mövcuddur.

Maksimim idxal vergi dərəcəsi 12%-dir ki, o da canlı ev quşu,təzə və ya dondurulmuş ət vəət məhsullarına, süd məhsullarına, bir sıra meyvə və tərəvəzlərə, fındıq, təbii bal, un, çay, şəkər və bəzi konserv məhsullarına şamil edilir. Bütün növ kosmetik vasitələr, sabun, şampun, yuyucu vasitələr, geyim və dekorativ əşyalarcəmi 5%-lik idxal vergi dərəcəsinə tabedir.Tütün məhsulları,spirtli içkilər, yanacaq,sürtkü yağları və minik avtomobillərinə tətbiq edilən aksiz dərəcələri isə çox cüzidir. Vətəndaşların özlərinin istehlakı üçün nəzərdə tutulan spirtli içkilər, tütün məhsulları, avtomobil yanacağı və bir çox başqa mallar isə aksiz vergisindən tamamilə azaddır.

Bildiyiniz kimi, 2018-ci ilin yanvar ayının 1-dən etibarən ölkəmizə xaricdən idxal edilən qızıl və gümüşün idxal rüsumları 30 dəfə artırıldı. Məsələn, daha əvvəl 300 dollar dəyərində olan hər-hansı bir qızıl-zinət əşyasının ölkəyə keçirilməsi üçün 1,5 dollar rüsum ödənilirdisə, 2018-ci ilin yanvarından etibarən həmin dəyərdəki əşyanın idxalı üçün 45 dollar rüsum ödənilir. Fərqin nə dərəcədə böyük olduğunu özünüz də görürsünüz. Bundan əlavə, Azərbaycana idxal edilən minik avtomobillərinə tətbiq edilən idxal gömrük rüsumları da dəyişdirildi.Yeni qərara əsasən, mühərrikinin silindrlərinin işlək hissəsinin həcmi 1500 sm3-dənçox, lakin 1800sm3-dən çox olmayan, mühərrikinin silindrlərinin işçi həcmi 1800 sm3-dənçox, lakin 3000 sm3-dən çox olmayan və mühərrikinin silindrlərinin işçi həcmi 3000sm3-dən çox olan təzə və istismar olunmuş minik avtomobilləri üçün idxal gömrük rüsumları dəfələrlə artırılıdı.

Bu kateqoriyalardan olan təzə minik avtomobilləri üçün idxal gömrük rüsumu mühərrikin həcminin hər 1 sm3-i üçün 0,70 dollar, istismar olunmuş belə avtomobillərin mühərrikinin həcminin hər 1sm3-i üçün isə 1,2 dollar olaraq müəyyən edilib. Orta statistikazərbaycanlının ölkəyə mühərrikinin həcmi 1500-3000 sm3 olan və həm də istismar olunmuş avtomobil gətirəcəyini nəzərə alsaq bu qərarın təsirinə ən çox onların məruz qalacağını təxmin etmək çətin deyil. Beləliklə vətəndaş mühərrikinin həcmi 1500 sm3 olan istismar olunmuş avtomobil üçün 1800 dollar, 1800 sm3 üçün 2160 dollar, 3000 sm3 üçün 3600 dollar rüsum ödəmək məcburiyyətində qalır.

Vüsalə Əhmədova: “Ölkəyə gətirilən avtomobillərdən aksiz vergisi, əlavə dəyər vergisi və idxal rüsumunun tutulması azmış kimi, gömrük rəsmiləri avtomobil gətirən vətəndaşlarımızdan rüsumdan əlavə də ödəniş tələb edirlər”.

Nazirlər Kabineti gömrük rüsumlarına edilən yeni dəyişiklikləri ölkədə rəqabətə davamlı məhsulların istehsalı və daxili bazarın qorunması ilə əsaslandırdı. Ölkədə yerli avtomabil istehsalının olmadığı və hətta xarici avtomobil markalarının ölkədə istehsal nümayəndəliklərinin olmadığı bir şəraitdə hansı daxili bazarın qorunmasından söhbət gedə bilər? Bu qanunu birbaşa dövlət büdcəsini doldurmağa hesablanmış bir addım kimi dəyərləndirirəm. Azərbaycanda dövlət büdcəsi kəsirinin örtülməsi üçün hökumətin böyük ölçüdə vergi və rüsumlara yönəldiyi hər kəsə məlumdur. Dövlət büdcəsinin icra vəziyyətinə nəzər salsaq görərik ki, daxilolmaların 44,9%-i Azərbaycan Respublikası Vergilər Nazirliyinin, 15,1%-i də Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin payına düşür. Dövlət Gömrük Komitəsi xətti ilə dövlət büdcəsinə daxil olan gəlirlərin müvafiq dövr üzrə proqnoz göstəricilərinə qarşı icrasının artıqlaması ilə təmin edildiyi, kəsirin ancaq aksizlər üzrə yarandığı göstərilir.

Danılmaz faktdır ki, gömrük orqanlarımızda korrupsiya halları da baş alıb gedir. Gömrük nəzarətindən keçirilən zaman yüksək rüsumlu malların rüşvət qarşılığında qiymətləri aşağı göstərilir. Rüşvət verməyən vətəndaşlarımız isə gömrükdə incidilir və malın mənşə ölkəsində dəyəri aşağı olduğu halda, yüksək qiymətləndirilir. Xüsusilə avtomobil və ehtiyat hissələri idxal edən vətəndaşlarımız gömrükdə böyük haqsızlıqlarla üzləşirlər. Ölkəyə gətirilən avtomobillərdən aksiz vergisi, əlavə dəyər vergisi və idxal rüsumunun tutulması azmış kimi, gömrük rəsmiləri avtomobil gətirən vətəndaşlarımızdan rüsumdan əlavə də ödəniş tələb edirlər. Beləcə vətəndaş aldığı avtomobilin iki qatı dəyərində “rüsum” ödəmək məcburiyyətində qalır. Həmin məbləği vermədikdə isə süründürməçilik başlayır, mal gömrükdə günlərlə saxlanılır, daha sonra vətəndaş malın gömrükdə saxlanıldığı hər gün üçün cərimə ödəmək məcburiyyətində qalır.

Məlumdur ki, ölkədəki iri maşın idxalçıları, avtosalon sahibləri adi vətəndaşlarımızın və ya kiçik sahibkarların ölkəyə maşın gətirməsində maraqlı deyillər. Nəzərə alsaq ki, gömrük orqanları dövlət büdcəsinin formalaşmasında mühüm rol oynayır, gömrük orqanlarında korrupsiyanın təzahürü ölkənin iqtisadi təhlükəsizliyinə ciddi ziyan vuran amillərin başında gəlir. İlk növbədə bəzi hakim dairələrin, hüquq-mühafizə orqanlarınıngömrük orqanlarına təsir imkanları aradan qaldırılmalıdır”.

Nərminə UMUDLU
pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu cərimələdi

Ərdoğan: Qarabağda hansı addımı atdıqsa, qarşımıza böyük qlobal ittifaq çıxdı

Ən çox oxunanalar