Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Elə millət vəkili var ki, işini daha ehtiyatlı tutur və ələ keçmir...”

Bu hadisə həm də bütün Millət vəkillərinin parlamentdən kənar fəaliyyətini yoxlamaq üçün fürsətdir...

“Millət vəkili Rafael Cəbrayılov 600 min ABŞ dollar məbləğində pul aldığl iki vətəndaşda borcu deyilən vaxtda qaytaracağına əminlik yaratmaq üçün deputat vəsiqəsini girov qoyub. Təfərrüata varmayacam. Ay nə bilim borc verənlər aldadılıb, iş məhkəməyə qədər gedib. Qərar Rafael Cəbrayılovun əleyhinə olub”.

Bunu Real TV-nin rəhbəri Mirşahin Ağayev deyib. O, qeyd edib ki, bir jurnalist olaraq belə hesab edir ki, yayılmış kompramat materiallar kifayət edir ki, bu Millət vəkilinin, Rafael Cəbrayılovun toxunulmazlıq statusu ləğv edilsin, haqqında cinayət işi başlansın, Milli Məclis üzvlüyünə xitam verilsin və qanun qarşısına çıxarılsın:

“Bu hadisə həm də bütün Millət vəkillərinin parlamentdən kənar fəaliyyətini yoxlamaq üçün fürsətdir. Yəni gələcəkdə, fakt qarşısında qalandan qalana tədbir görülməsin.

Bəlkə elə Millət vəkili var ki, işini daha ehtiyatlı tutur və ələ keçmir. Dövlətin islahatlar kursuna, vətəndaş-dövlət etimadına birbaşa zərbə vuran belə dələduzluq, etibardan sui-istifadə halları xüsusi güzəştsizliklə cəzalandırılmalıdır. Azərbaycan dövləti regionun ən dinamik və sabit ölkəsi olaraq beynəlxalq inqilab senarilərindən özünü qoruyur və bunu ilk növbədə xalqın dəstəyilə, onun İlham Əliyevə inamıyla edir”.(yeni sabah)

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

İsrail İran ərazisində bir hərbi obyektə raket zərbəsi endirib

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

Güclü maqnit qasırğası gözlənilir: Ən təhlükəli günlər açıqlandı

Bakı Fransız Liseyinin fəaliyyətinin dayandırılmasının səbəbləri açıqlanıb - Yenilənib

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ən çox oxunanalar