Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Prezidentin göstərişinə əsasən yerüstü və yeraltı piyada keçidləri inşa edilir

Paytaxtda 7 ərazidə yerüstü və yeraltı piyada keçidləri inşa edilir...

Prezident İlham Əliyevin piyadaların avtomobil yollarını rahat və təhlükəsiz şəkildə keçməsini təmin etmək istiqamətində verdiyi göstəriş və tapşırıqlarına əsasən, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən kompleks tədbirlər həyata keçirilir.

APA "Azərbaycan Avtomobil Yolları" Dövlət Agentliyinə istinadən xəbər verir ki, bu tədbirlər çərçivəsində Bakı şəhərində bir-neçə yerdə yerüstü və yeraltı piyada keçidlərinin inşası aparılır.

Sözügedən piyada keçidləri metal və dəmir-beton konstruksiyalı olmaqla avtonəqliyyat vasitələrinin və piyadaların intensiv hərəkət etdiyi ərazilərdə inşa edilir. Məqsəd həm piyadaların rahat və təhlükəsiz şəraitdə avtomobil yollarını keçməsini təmin etmək, həm də avtonəqliyyat vasitələrinin fasiləsiz və maneəsiz hərəkətini təşkil etməkdir.

Hal-hazırda Bakı şəhərində 5 ərazidə piyada keçidlərinin inşası aparılır. Bunlar aşağıdakılardır:

1. Heydər Əliyev prospekti ilə Zəki Məmmədov küçəsinin kəsişməsində yeraltı piyada keçidi. Piyada keçidinin giriş-çıxışları ilə birlikdə uzunluğu 80.2 metr, qalereyasının eni 4.4 metr, hündürlüyü isə 3 metrdir. Keçid bağlı qazma üsulu ilə inşa edilir və H.Əliyev prospektində hərəkətə heç bir maneə yaradılmır. Keçidin tikintisi 75 faiz yerinə yetirilib.

2. Moskva prospektinin 20 yanvar küçəsi ilə kəsişməsində, “Şamaxı yolu” adlanan ərazidə yerüstü piyada keçidi. Piyada keçidi üstü açıq və asma tiplidir. Metal konstruksiya orta dayaqsızdır və keçidin əsas hissəsi asma troslar vasitəsilə saxlanılacaq. 3 giriş-çıxışlı olmaqla ümumi uzunluğu 130 metr, eni 3 metr, yol səviyyəsindən hündürlüyü 5.5 metrdir. Piyada keçidində 2 lift quraşdırılacaq. Keçidin tikintisi 80 faiz yerinə yetirilib.

3. Qala-Pirallahı avtomobil yolunun 3.6-cı km-də yerüstü piyada keçidi. Piyada keçidinin uzunluğu 45 metr, eni 3.5 metr, yol üzərindən hündürlüyü isə 5.5 metr təşkil edir. Keçidin bünövrə və dayaq hissələrinin tikintisi başa çatdırılıb.

4. Mərdəkan-Zuğulba yolunda yerüstü piyada keçidi. Piyada keçidinin ümumi uzunluğu 59.4 metr, oxdan-oxa uzunluğu 52 metr, kənar dayaqlarda hündürlük isə 5.15 metr təşkil edir. Keçidin bünövrə, dayaq və pilləkən hissələrinin tikintisi başa çatdırılıb. Hazırda aşırım hissəsinin yığılması zavod şəraitində aparılaraq yekunlaşdırılır.

5. Xətai rayonu, Neapol küçəsində yerüstü piyada keçidi. Keçidin uzunluğu 76 m, eni – 3.6 m, yol səviyyəsindən hündürlüyü isə 9.4 m-dir. Keçidin dayaqlarının üçü də tam olaraq tikilib. Piyada keçidi aşırım hissəsinin montajı üçün hazırdır. Hal-hazırda aşırım hissəsi isə zavod şəraitində hazırlanır. Tikinti işlərinin 65 faizi yerinə yetirilib.

Piyadaların avtomobil yollarını rahat və təhlükəsiz şəkildə keçməsini təmin etmək istiqamətində aparılan kompleks tədbirlər çərçivəsində 1 ərazidə keçidin tikintisi yekunlaşıb, daha 2 ərazidə isə yeni keçidlərin tikintisinə start verilib.

Tikintisi yekunlaşmış piyada keçidi Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 13-cü km-də Hökməli dairəsinin yaxınlığındadır. Dəmir-beton özül dayaqları üzərində qurulan metal konstruksiyalı piyada keçidi 1 aşırımlı (orta dayaqsız) və üstü açıqdır. Keçidin eni 3 metr, yol səthindən hündürlüyü isə 5.5 metr təşkil edir.

Daha 2 keçidin isə Qaradağ rayonu ərazisində, Bakı-Ələt-Qazax-Gürcüstan ilə dövlət sərhədi avtomobil yolunun 39 və 49-cu km-də, Ümid qəsəbəsi və “Yol evi” yaşayış massivində inşasına start verilib. Yerüstü piyada keçidləri metal konstruksiyalı və üstü açıq olmaqla uzunluqları 51 m, eni isə 4 m olacaq. Keçidin dayaqlarının özül hissələri artıq tikilib.

Qeyd edək ki, Dövlət başçısının tapşırıq və sərəncamlarına uyğun olaraq, paytaxt Bakıda və Bakı ətrafı yollarda avtonəqliyyat vasitələrinin fasiləsiz hərəkətini, vətəndaşların küçə və prospektlərdən rahat və təhlükəsiz keçidini təmin etmək istiqamətində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən aparılan kompleks tədbirlər çərçivəsində 2016-2018-ci illər ərzində 3 yeraltı, 19 yerüstü piyada keçidi inşa olunub.

pia.az


Etiket: piyada keçidi

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Rusiya müdafiə nazirinin müavini Timur İvanov saxlanılıb

Kommunal Təsərrüfat müdiri icra başçısı olmağa çalışır...

Peskov: "Şoyqunun müavininin saxlanılması barədə Putinə məruzə edilib"

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - Video

Sabiq deputatın qardaşı oğlunun 350 min vergi borcu var

Bərdədə qaçırılan 23 yaşlı qızın anası: “Qışqırsa da...” - Yenilənib

Prezident: Bəzi ölkələr Azərbaycana qarşı soyuq müharibəyə başlayıblar    

Ən çox oxunanalar