Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Roza Lüksemburq: Kapitalizmin "Avtomatik iflas"ı?

İmperializm kapitalizmi "dünya arenasında kapitalın hərəkətinin" bütün yolu boyu müşayiət edən daimi peykdir

Roza Luksemburqun kapital yığımı nəzəriyyəsinin növbəti müddəaları imperializmin izahına aiddir. Bu məsələ birbaşa onun kapitalist istehsal üsulunun inkişaf tarixinin tendensiyasına baxışı ilə bağlıdır. Qeyri-kapitalist dünya ərazilərinin təqibi onların sayının qaçılmaz ixtisarına, mərkəz ölkələri arasında rəqabət mübarizəsinə və "imperializmin enerjisinin" artmasına səbəb olur, amma "imperializm qeyri-kapitalist mədəniyyətin məhv olmasının qayğısına nə qədər daha çox eneri ilə və daha əsaslı qalırsa, kapital yığımı prosesinin ayaqları altından torpağı o qədər daha sürətlə qoparır".

Beləliklə, Lüksemburqun fikrinə görə, imperializmin mahiyyəti "məhz kapitalın köhnə kapitalist ölkələrdən yeni ərazilərə yayılmasından və belə ərazilər üstündə bu ölkələrin təsərrüfat və siyasi rəqabət mübarizəsindən ibarətdir". Beləliklə, imperializm kapitalizmi "dünya arenasında kapitalın hərəkətinin" bütün yolu boyu müşayiət edən daimi peykdir.

İmperializmin belə başa düşülməsi, sözsüz ki, sovet elminin təsdiq etdiyi Leninin "imperializm kapitalizmin ən yüksək mərhələsi kimi" nəzəriyyəsinə zidd olur. Bizim fikrimizcə, Leninin və Lüksemburqun nəzəriyyələri arasındakı fərq dəfedilməz deyil. R. Lyuksemburq, imperializm haqqında kapitalizmin "əbədi peyki" söyləyərkən, onun kapitalist istehsal üsulunun müasir inkişaf mərhələlərinin spesifikliyini inkar etmir. O, onun kapitalın ixracı, beynəlxalq borclar, ucuz ixrac, qoruyucu rüsumlar və s.kimi əsas xarakteristikalarını ayıraraq "kapitalın yığımının imperialist mərhələsi" haqqında danışır. V. İ. Lenin, öz növbəsində, bu haqda qeyd edir ki, "müstəmləkə siyasəti və imperializm kapitalizmin yeni pilləsinə qədər və hətta kapitalizmə qədər mövcud olmuşdur".

Beləliklə, "imperializm" haqqında kapitalın yığım metodu kimi danışarkən R. Lyuksemburq təyinini nəzərdə tutmaq daha yaxşıdır; "imperialist" inkişafın mərhələsi haqqında danışarkən isə, əksinə, qarışıqlıq olmasın deyə Leninin həmişə imperializmə sinonim kimi tətbiq etdiyi "inhisarçı kapitalizm" anlayışından istifadə etmək daha yaxşıdır. "imperializm" fenomeni analoji üsulla bir sıra müasir tədqiqatçıların işlərində izah edilir(.S.Amin, N. Klyayn, M. Xardta və başqaları).

İmperializmin kapitalizmin daimi peyki kimi izahı müasir dövrdə də öz aktuallığını itirmir. Yeni tarixdə biz özümüz dəfələrlə böyük biznes xatirinə kapitalist ölkələr tərəfindən keçirilən təcavüzkar militarist aksiyaların şahidi olmuşuq! Onlar dünyanın bu və ya digər ölkəsində kapital yığımı problemləriylə rastlaşdıqda bu problemlərin həlli üçün öz arsenallarında mövcud olan bütün vasitələrdən istifadə edirlər.

"Kapital təkcə kapitalizmin genezis vaxtı deyil,həm də indiyə kimi ictimai proses kimi kapital yığımının daimi metodu olan zorakılıqdan başqa məsələnin başqa həllini bilmir".

"Avropa "xalq təsərrüfatları" bütün ölkələri və Yer kürəsinin bütün xalqlarını kapitalizm istismarının böyük bir şəbəkəsində boğmaq üçün onlara öz buynuzlarını uzadır".

Hələ də müasir kapitalizmin “insan siması” alması, müasir qloballaşmanın isə dünyanın bütün sakinlərinə sülh və çiçəklənmə gətirməsi haqda gözəl nağıllara inananlara Roza Lüksemburqun bu fikirləri üzərində düşünməyi məsləhət görürük.

Dağıdıcı yığım

Roza Luksemburqun kapital yığımı nəzəriyyəsinin üzərində dayanmalı olduğumuz daha bir aspekt daimi və dəyişən kapitalın yenilənməsi mexanizmlərinə aiddir. Kapitalın təkrar istehsalının bu ən əsas ilkin şərtləri istehsalın və iş qüvvəsinin maddi elementlərini özünə daxil edir. Böyüyən yığım davamlı gəlir toplamaq üçün yeni canlı əməyə və resurslara ehtiyac duyur. Bu resursları öz təsir dairələri xaricindəki ərazilərdə taparaq, kapital imperialist ekspansiyasının köməyi ilə onlara sahib olmağa və təkrar istehsalın genişləndirilməsi prosesində istifadə etməyə çalışır.

Ancaq sadəcə bu hədəfin həyata keçirilməsi üçün hər hansı bir ərazini tutmaq yetmir. Kapitalist istismarı müxtəlif soyğunçu yürüşlərdən, basqınlardan və keçmiş işğalçılıq müharibələrindən çox fərqlənir.Kapitalizm üçün əsas olan soyğun, sərvət axtarışı və ərazilərin tutulması deyil, onun üçün əsas olan — tapılmış resurslardan elə istifadə etməkdir ki, onlar gəlir gətirsinlər. Hər şeydən əvvəl bu sosial resurslara aiddir. Amma adətən öz istismarı zamanı kapitalın aşkar etdiyi ictimai quruluş formaları onun qaydaları üzrə oyun üçün tam uyğun olmur.

Buna görə kapitalizm hər yerdə və həmişə təsərrüfat birliyi istehsal vasitələrinin və işçi qüvvəsinin bağlılığından asılı olan cəmiyyətlərin məhv edilməsi üçün mübarizə aparır. Kapitalizmin sonrakı yığım yolunda qeyri-kapitalist formasiyalar tərəfindən yaradılmış böyük maneələrin öhdəsindən gəlmək arzusu ona gətirir ki, o sərbəst sosial birliklər kimi bu formasiyaları məhv etməyə çalışır. Məhsuldar qüvvələrin əsas mənbələrinin bilavasitə tutulması və yerli işçi qüvvəsinin ənənəvi istehsal münasibətlərinin "möhkəm qandallarından” “azad edilməsi” bu hərəkətlərin əsas nəticəsidir. Beləliklə, metropoliyalardan ixrac edilən kapital keçmiş sosial struktur xarabalıqlarlarında yığım üçün yeni imkanları tapır. Yerli əhalidən maksimum əlavə dəyər sıxaraq, resursları qarət edərək, ekologiyaya sağalmaz zərər vuraraq kapital başqa yerə keçir, bir vaxtlar mərkəz ölkələrinə böyük gəlirlər gətirmiş ərazilər isə onlar tərəfindən taleyin ümidinə atılırlar.

Kapitalizm tarixində strategiya adlandırılan reallaşdırılmış həyat nümunələri çoxdur. İngiltərədə "çəpərləmələr" prosesi, Yeni Dünyanın,İrlandiyanın,Hindistanın yeni kapitalist strukturlaşdırılması, Çin və Yaponiyanın “kəşfi” və s. Ancaq əhatə dairəsinin böyüklüyünə görə analoqu olmayan ən bariz nümunə — müasir neoliberal qloballaşmadır. Mərkəz ölkələrində tədricən keynsçilik dövrünün ictimai yönümlü iqtisadiyyatının demontajından başlanmış kapitalın kontr-hücumu, 70- 80-ci illərdə gedişini dəyişdi və bütün cəbhələr üzrə güclü, yaxşı təşkil olunmuş hücuma çevrildi. ABŞ-da, Böyük Britaniyada və daha sonra digər avropa ölkələrində sosial sferada xərclər azaldıldı, əksər dövlət müəssisələri özəlləşdirildi, işsizlərin sayı kəskin artdı. R. Reyqana və M. Tetçer siyasəti neoliberal doktrinanın təcəssümü oldu.

Beynəlxalq münasibətlərdə Dünya Bankı, Beynəlxalq Valyuta Fondu, Dünya Ticarət Təşkilatı və böyük kapitalın nəzarətində olan başqa təşkilatların bələdçilik etdiyi strategiyalar periferiya ölkələrinə “struktur yenidənqurma proqramları”nı sırımağı nəzərdə tutmuşdular. Onlar özünə növbəti tələbləri daxil edirdilər: qiymətlərin liberallaşdırılması, kapitalın hərəkətinin sərbəstliyi üçün şəraitin təminatı, ümumi özəlləşdirmə, kənd təsərrüfatına subsidiya verilməsindən imtina, sosial sferada xərclərin kəskin ixtisarı, milli valyuta məzənnəsinin ABŞ dollarına bağlaması, böyük kapitalın maraqlarını nəzərə alaraq vergi islahatlarının keçirilməsi və s.

Struktur yenidən qurmalar yolu üzrə getmiş periferiya ölkələri son dərəcə pis vəziyyətə düşdü: əhalinin böyük əksəriyyətinin həyat səviyyəsi dəhşətli dərəcədə aşağı düşdü, özəlləşdirmə dalğası təkcə zavodları, sənaye obyektlərini deyil, həm də xəstəxanaları, məktəbləri, içməli suy mənbələrini və s. örtdü, inflyasiya dördayaqla çapırdı, dövlət borcu dəfələrlə artırdı. Bu "struktur yenidənqurmasının" nəticələri ("şok terapiyası" adlı ilə daha məşhurdur) keçmiş SSRİ əhalisinə də yaxşı tanışdır.

Roza Luksemburqun fikirləri yenidən tarixi təcrübəylə təsdiqləndi. Kapitalın yığımı prosesinin digər sosial orqanizmlərin dağıdılması vasitəsilə baş verməsi haqda indi çoxları yazır, bu isə Lüksemburq tərəfindən qaldırılmış problemin aktuallığını göstərir. Məsələn, Dj. Arriqi qeyd edir ki, kapitalın yeni əraziyə nüfuzetməsi zamanı "aktivlərin (iş qüvvəsi daxil olmaqla) çox aşağı qiymətlə, bəzi hallarda sıfır qiymətlə azad edilməsi baş verir. Toplanmış kapital bu aktivlərə sahib ola və dərhal onları öz xeyirinə yönəldə bilər". Sonra əlavə kapital "sahə istehsal edir", yəni, yeni sahəni sonrakı yığım üçün lazım olan maddi və sosial infrastrukturla təmin edir. Müvafiq yolla yeni sahə “istehsal edildikdən” sonra, əlavə kapital yeni istehsal kombinasiyalarında istifadə olunur, hansılar ki, yığım sisteminin coğrafi genişlənməsi nəticəsində gəlirli olur.

Müasir qloballaşmanı xarakterizə edən subkomandate Markos kimi müəllif də belə düşünür: "Ərazilər dağılır və insanlardan azad olur. Müharibə zamanı rəqibin ərazisini dağıtmaq, səhraya çevirmək lazımdır. Amma yalnız dağıtmaq ehtirasından deyil, sonradan bərpa etmək və yenidən qaydaya salmaq üçün.… Dağıtdıqdan sonra mütləq bərpa lazımdır. Əraziləri bərpa etmək və orada bazar qanunlarının müəyyən edən insanlara üçün yer ayırmaq". Bundan başqa,N.Klyaynın "katastrofik kapitalizm" haqqında işlərini, həmçinin D. Xarvinin "yeni imperializm" nəzəriyyəsini qeyd etmək lazımdır.

Kapitalizmin "Avtomatik iflas"ı?

R.Luksemburqun konsepsiyasının əsas nəticələrindən çıxan kapitalist istehsal üsulunun tarixi tendensiyasına baxışları ümumiləşdirilərək "kapitalizmin avtomatik iflas nəzəriyyəsi" adını almışdır. Qeyri-kapitalist ictimai dairələri və ölkələri sıxışdırmaqla və dağıtmaqla onlara qarşılıqlı əlaqədə olaraq, kapital öz məhvini hazırlayır, çünki, "o bütün qeyri-kapitalist istehsal formaları hesabına özünü genişləndirməklə kursu bütün bəşəriyyətin yalnız kapitalistlərdən və muzdlu proletarlardan ibarət olacağı, və sonrakı genişlənmənin,beləliklə də yığımın artıq qeyri-mümkün olacağı gün istiqamətində götürüb".

Bu gün biz görürük ki, bu belə deyil. Amma nəzəriyyənin bütün yanlış vəziyyətlərində belə unutmamaq lazımdır ki, Lüksemburq özü heç vaxt əllərini sallayıb gözləməyə çağırmırdı. Onun həyatı, ənənəvi sosial-demokratiyadan ayrılması və kommunist partiyasının təşkilində iştirakı, onun faciəli ölümü sosializm uğrunda kapitalizmə qarşı fədakar inqilabçı mübarizəyə nümunədir.Lüksemburqun mirası təkcə kapitalizmin analizi deyil, həm də antikapitalist inqilabı nəzəriyyəsidir. Ona hansısa bir teleoloji və ya fatalist baxışlar aid etməkdən söhbət gedə bilməz. Gələcək onun üçün analizə həmişə açıq idi. Kapitalizmin iflasının və sosializmin bərqərar olmasının zəruriliyinə heç bir nəzəri proqnozla zəmanət vermək olmaz, ancaq sonuncunun zəmanətli alternativi yalnız barbarlıq ola bilər.

Roza Lüksemburq (ecososialist)

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Kommunal Təsərrüfat müdiri icra başçısı olmağa çalışır...

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Rusiya müdafiə nazirinin müavini Timur İvanov saxlanılıb

Peskov: "Şoyqunun müavininin saxlanılması barədə Putinə məruzə edilib"

Azərbaycanda yeni dövlət rüsumu müəyyənləşir    

Sabiq deputatın qardaşı oğlunun 350 min vergi borcu var

Bərdədə qaçırılan 23 yaşlı qızın anası: “Qışqırsa da...” - Yenilənib

Zülfiyyə Bayramovanın mədəsində yenidən şiş aşkarlandı - Foto

Ən çox oxunanalar