Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycanda görülməmiş hadisə:  16 tələbə təhsil haqqından azad edildi

Naxçıvan Dövlət Universitetinə ödənişli əsaslarla qəbul olunan tələbələrin bir qrupu təhsil xərclərindən azad edilib

Naxçıvan Dövlət Universitetinə ödənişli əsaslarla qəbul olunan tələbələrin bir qrupu təhsil xərclərindən azad edilib. Bu məqsədlə universitetdə tədbir keçirilib.

PİA.az "Modern.az"a istinadən xəbər verir ki, təhsil haqqından azad edilən tələbələrin də iştirak etdiyi tədbirdə ali təhsil ocağının rektoru Saleh Məhərrəmov bildirilib ki, Naxçıvan Dövlət Universitetinə müvafiq ixtisaslara qəbul olunan tələbələrdən 16 nəfəri ödənişli əsaslarla qəbul olsalar da, artıq dövlət sifarişi əsasında təhsil alacaqlar.

2019-2020-ci tədris ili üçün ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə keçirilən müsabiqədən sonra xeyli sayda dövlət sifarişi yerlər boş qalıb. Ona görə həmin yerlərə əlavə müsabiqə keçirilib və nəticəsində bu mümkün olub. Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzinin müəyyənləşdirdiyi siyahı əsasında universitetin Tibbi profilaktika ixtisasının 9, Elektroenergetika mühəndisliyinin 4, Dəmiryol nəqliyyatı, İnformasiya texnologiyaları, İqtisadiyyat ixtisaslarının hərəsindən 1 nəfər olmaqla ümumilikdə 16 tələbəyə aid edilib.

Diqqətə çatdırılıb ki, dövlət sifarişi əsasında 600-dən az bal toplayaraq qəbul olunan tələbələrə bu tədris ilinin birinci semestri üçün adi, 600 və 600-dən yuxarı bal toplayaraq qəbul olunan tələbələrə isə əlaçı təqaüdü verilməsi nəzərdə tutulub. Vurğulanıb ki, bu ilin oktyabr ayının sonuna qədər ödədikləri təhsil haqlarının geri qaytarılması isə universitet tərəfindən təmin ediləcək.

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Məşhur tikinti şirkəti BDU-nu məhkəməyə verdi

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Gürcüstan prezidenti ölkəni bürüyən aksiyalara münasibət bildirdi

Ən çox oxunanalar