Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Keçmiş ABŞ səfiri Con Evans Kardaşyanı Qarabağda alt paltarı fabriki açmağa çağırdı

Amerikalı məşhur erməni yüngül əxlaqlısı Kim Kardaşyanın Ermənistanda  özünün yaratdığı “Skims” brendi altında bədənə kip oturan alt paltarları istehsal edən fabrik açmaq planlarının “genosid” əngəli ilə qarşılaşdığı haqda yazmışdıq

Virtualaz.org xəbər verir ki, bu dəfə ABŞ-ın Ermənistandakı keçmiş səfiri Con Evans Kardaşyanı həmin fabriki Azərbaycanın işğal edilmiş ərazilərində açmağa çağırıb.

Xatırladaq ki, bu günlərdə ABŞ-da səfərdə olan Ermənistan baş naziri Nikol Paşinyan Los-Ancelesdə erməni icması qarşısında çıxış edərək Birləşmiş Ştatlardakı zəngin erməniləri Ermənistana yatırım qoymağa səsləyib. Bu çağırışa səs verən isə Kim Kardaşyan olub. “Skims” qadın alt paltarlarının satışından milyonlarla dollar qazanan Kardaşyan Tvitter-də yazıb ki, Ermənistan iqtisadiyyatını qaldırmaq, insanlara iş yeri açmaq üçün bu ölkədə həmin brendin alt paltarlarını istehsal edən şirkət açmağa hazırlaşır.

Lakin Amerika Erməni Milli Komitəsi(ANCA) Kardaşyanın nəzərinə çatdırıb ki, həmin brendin  Türkiyədə fabriki var. Komitə teleulduzu ikiüzlülükdə ittiham edib və brendin Türkiyədəki istehsalını dayandırıb daha sonra Ermənistana keçirməyə çağırıb. Kardaşyan isə bundan imtina edib. Nəticədə ermənilərin ona hücumları başlayıb. “Kim, sən genosidi inkar edən ölkəyə pul verirsən. Bunu Ermənistanda etmək əvəzinə sən onun sakinlərinə iş yeri açırsan və iqtisadiyyatını yaxşılaşdırırsan. Heç bir erməni belə hərəkət etməzdi”,-sosial şəbəkələrdə belə yazıblar.

Daha sonra məsələyə ermənilərə qulluq göstərən keçmiş səfir Con Evans qarışıb. O, Tvitter-də Kardaşyanı Dağlıq Qarabağda “Skims” alt paltarları fabriki açmağı təklif edib.

“Skims”lə bağlı yaxşı gedişdir! Bəs Artsaxda (Dağlıq Qarabağa verilən qondarma ad, -red.) istehsal barədə nə düşünürsən? Bax bu ağıllı iş olardı!”,-Evans yazıb.

Xatırladaq ki, Con Evans 2016-cı ilin aprel döyüşlərindən sonra Dağlıq Qarabağa qanunsuz səfər etdiyi üçün adı Azərbaycanın qara siyahısındadır.

Nikol Paşinyanın Ermənistana investisiya qoymaq çağırışına belə görünür ki, Kim Kardaşyandan başqa maraq göstərən hansısa ciddi amerikalı biznesmen, o cümlədən erməni əsilli biznesmen yoxdur. Bu da başa düşüləndir, çünki ağlı başında olan heç bir investor bütün regional layihələrdən təcrid edilmiş və təcrid vəziyyətində olan, daim müharibə təhlükəsi altında yaşayan ölkəyə yatırım qoymazdı. Nəticədə Paşinyan və onun Ermənistana vəd etdiyi “iqtisadi möcüzə” ancaq Kardaşyanın alt paltarlarından asılı qalıb...

pia.az


Etiket: Kardaşyan

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı    

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - Yenilənib

Naxçıvan MR-in baş naziri işdən azad olundu - Yeni təyinat

Azərbaycan Kuboku: "Qarabağ" cavab matçında da "Neftçi"yə qalib gələrək finala yüksəlib

Ən çox oxunanalar