Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Neft kəmərinin mühafizəçilərinə hücum hadisəsinin təfərrüatları məlum olub

Bəzi kütləvi informasiya vasitələrində SOCAR əməkdaşları ilə Qarabağ əlilləri arasında münaqişə haqqında yayılmış xəbərin təfərrüatları üzə çıxıb

"Report" xəbər verir ki, aparılmış araşdırmadan məlum olub ki, bəzi şəxslər Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə məxsus neft boru kəmərlərinin mühafizə zolağında qanunsuz “gecəqondu” tikinti işlərini aparmağa cəhd göstəriblər. Mühafizəçilər tərəfindən xəbərdarlıq edilən həmin şəxslər qanunsuz əməllərini davam etdirməyə nail olmaq üçün tikintiyə heç bir aidiyyəti olmayan və özünü müharibə veteranı kimi təqdim edən bir qrup şəxsi tikinti yerinə gətiriblər. Müharibə veteranı kimi təqdim olunan şəxslərin maliyyə vəziyyətindən sui-istifadə edən həmin adamlar onları dövlət mühafizə orqanları ilə qarşıdurmaya təhrik ediblər.

Sentyabrın 27-də saat 12:00 radələrində SOCAR-ın Təhlükəsizlik İdarəsi tərəfindən mühafizə edilən Şirvan-Böyükşor neft kəmərində və kəmərə birləşən Binəqədi xəttinin mühafizə zolağı daxilində yeni evin tikintisi üçün bünovrə işlərinin aparıldığı aşkarlanıb. Təhlükəsizlik İdarəsinin əməkdaşları həmin şəxslərə inşa işlərinin dayandırılması barədə xəbərdarlıq edib, lakin inşa işlərini həyata keçirənlər xəbərdarlığa məhəl qoymayaraq, qanunsuz tikintini davam etdiriblər.

Sentyabrın 28-də mühafizə komandasının əməkdaşları xidməti ərazini növbəti dəfə yoxlayarkən həmin sahədə inşa işlərinin davam etdirildiyini aşkar etdikləri üçün bir daha tikinti işlərinin dayandırılması barədə vətəndaşa xəbərdarlıq ediblər. Lakin həmin vaxt tikinti işlərinin aparıldığı əraziyə toplaşıb, özlərini Qarabağ müharibəsi əlilləri kimi təqdim edən 10-15 nəfər şəxs fırıldaqçıların təhriki ilə mühafizə komandasının əməkdaşlarına hücum edərək, qarovul rəisi Abdurəhmanov Fuad Həsən oğlunun, atıcı İsmayılov Elnur İlyas oğlunun, Əliquliyev Ələkbər Cabbar oğlunun qol və bədən nahiyələrinə zərbələr endirib. Nəticədə onlara müxtəlif bədən xəsarətləri yetirilib.

Mühafizəçilər qarşıdurma yaradan şəxslərə qarşı zorakılıq tətbiq etməyib, bu barədə dərhal Daxili İşlər Nazirliyinin "102" Zəng Mərkəzinə xidmətinə məlumat veriblər.

Hadisə yerinə gələn polis əməkdaşları tikinti işlərini aparan şəxsləri sakitləşdirməyə çalışarkən, onlar polis əməkdaşlarının da qanuni tələblərinə məhəl qoymayıb, əksinə, xidməti nəqliyyat vasitələrinə də zərər vurublar.

Aparılan araşdırma zamanı məlum olub ki, həmin tikilinin hadisəni törədən şəxslərə heç bir aidiyyəti yoxdur. Sadəcə, başda Hüseynov Şərif Novruz oğlu olmaqla, bir qrup şəxs inşa işlərinə himayədarlıq edib və maddi ehtiyacı olan insanların vəziyyətindən sui-istifadə edərək düşünülmüş şəkildə qarşıdurma yaradıblar.

Qeyd edək ki, hadisə ilə bağlı Binəqədi Rayon Polis İdarəsinin 43-cü Polis Bölməsində təhqiqat araşdırmaları aparılır.

pia.az


Etiket: Dava

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Ən çox oxunanalar