Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Çin höküməti dini və etnik azlıqların orqanlarını zorla çıxarıb satır - BMT şurasında dəhşətli iddia...

BMT İnsan Hüquqları Şurasında iddia edilib ki, Çin dini və etnik azlıqları öldürərək onların orqanlarını götürürlər..

Adam WİTHNALL
“The Independent” qəzeti, Asiya, 25 sentybar 2019-cu il

BMT İnsan Hüquqları Şurasında bildirilib ki, Çin höküməti dini və etnik azlıqların orqanlarını toplayıb satışa çıxarır.

Çərşənbə axşamı günü Şuranın Cenevrədəki mərkəzində çıxış edən vəkil Hamid Sabi Çinin zorakı üsullarla orqan toplaması ilə bağlı Çinə qarşı Məhəkəməsinin dəllilərini təqdim edib. Sabi bildirib ki, məhkəmənin iyunda yayımlanan sonuncu hesabatında Falun Qonq qrupuna və uyğur azlıqlarına qarşı törədilən qeyri-insani cinayətlər şübhəli olmaqdan çıxıb və sübut olunub. Sabi, həmçinin qeyd edib ki, bu təsbitdən sonra BMT üzvü olan dövlətlərin hərəkətə keçməsi artıq qanuni bir məsuliyyətdir.

Köhnə Yuqoslaviya Beynəlxalq Cəza Məhkəməsində Slobodan Miloseviçə aparılan məhkəmədə prokurorluq edən və Kraliçanın müşaviri olan Ceffri Naysın rəhbərlik etdiyi Çinə qarşı Məhəkəməsinin insan hüquqları üzrə istintaqçıların, tibbi mütəxəssislərin və şahidlərin təqdim etdiyi dəlilləri dinləyib.

Məhkəmə isə dəlillərə əsasən, belə bir nəticəyə gəlib ki, Çində ən azı 20 ildir dini azlıq olan Falun Qonq qrupu üzvlərinin orqanlarını alaraq öldürürlər və hələ də bunu etməyə davam edirlər.

Məhkəmənin son qərarında göstərilib ki, qurbanların böyrəkləri, qaraciyərləri, ürəkləri, ağciyərləri, korneaları və dərilərinin alınması üçün canlı-canlı kəsilirlər və satışa çıxarırlar.

Məhkəmə, həmçinin, qeyd edib ki, sayca az olan müsəlman uyğurlarının, Tibet və bəzi xristian məzhəbindən olan insanların orqanları da zorla götürülüb.

Çinin şimal-qərbindəki Sincan vilayətində bir milyondan çox uyğur nəzarətə götüüb və yenidən təhsil vermək adı ilə keçirilən bu tədbirlər beynəlxalq cəmiyyətin diqqətini çəkir və buna görə beynəlxalq aləm Çini qınayır. Məhkəmə bu insanların orqan bankı kimi istifadə edilməsi və daimi olaraq tibbi testlərə məruz qalması barədə dəlillər tapıb.

Zorakı yolla orqan köçürmə ittihamlarını rədd edən Çin bildirib ki, edam edilən məhkumların orqanlarının alınması belə 2015-ci ildə ləğv edilib. Çin bu ilin əvvəlində verdiyi açıqlamada mərkəzi Londonda yerləşən Çin Məhkəməsini şaiyələr üzərindən hərəkət etməkdə ittiham etmişdi. Lakin çərşənbə axşamı QHT-lərin keçirdiyi digər bir BMT tədbirində çıxış edən Ceffri qeyd edib: “Məhkəmə tərəfindən toplanan dəlillər onu göstərir ki, beynəlxalq cəmiyyət qəbul edə bilmədikləri bu hadisədən qaça bilməyəcəklər”.

Məhkəməyə görə, orqan köçürülməsi Çinə il ərzində təxminən 1 milyard dollar qazanc gətirir. Ceffri Beynəlxalq Orqan Köçürülməsi Cəmiyyətini və milli tibb birliklərini Çin Məhkəməsinin sübutları ilə üzləşməyə dəvət edib.

Aralarında İtaliya, İspaniya, İsrail və Tayvanın da olduğu bəzi ölkələr hal-hazırda orqan köçürülməsi əməliyyatı üçün Çinə getmək istəyən insanlara bəzi məhdudiyyətlər qoyublar.

Çinə qarşı Məhkəməni quran Çindəki Orqan Köçürülməsi Zorakılığına Son Qoymaq üzrə Beynəlxalq Koalisiya (Etac) da oktyabrda Birləşmiş Krallıq parlamentinə bildirib ki, bu qeyri-etik orqan turizminin sonlandırılması ilə bağlı qanun layihəsinin irəli sürülməsini gözləyirlər.

“Etac”ın icraçı direktoru Suzi Haqes: “Ümid edirik ki, məhkəmənin əldə etdiyi sübutlar İnsan Hüquqları Şurasını Çində zorla orqan köçürülməsi prosesini araşdırmaq üçün bir BMT İstintaqı Komissiyası qurmağa vadar edəcək”.

Sabi öz nitqində orqan toplamaq üçün məhz azlıqları hədəf almaq soyqırıma bənzədib və bu əməliyyatları yaxın tarixdəki digər toplu dini və irqi işgəncə hadisələri ilə müqayisə edib.

Sabi İnsan Hüquqları Şurasına xitab edərək deyib: “Qurbanlar və ölümlər müqayisə edildikdə nasistlərin yəhudiləri qaz otaqlarında öldürməsi, Qırmızı kxmerlər qətliamı və Ruanda da tutsilərin dəhşətli şəkildə doğranması ilə, günahsız və sülh istəyən insanların qəlblərinin və digər orqanlarının kəsilib atılması arasında heç bir fərq yoxdur”.

BMT üzvü olan dövlətlərin bu cinayəti araşdırması qanuni bir məsuliyyətdir”.

Orijinal

Tərcümə PİA.az-ındır.

Fatimə ƏLİYEVA
pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Bakıda hamamda qadınla kişinin meyitləri tapıldı

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Qəzaya düşən aparıcı Aytən Səfərovanın vəziyyəti açıqlandı  

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Çin-Rusiya münasibətləri: Müharibənin səbəb olduğu məcburi evlilik...

Qubad İbadoğlunun ibtidai istintaq işi üzrə yekun ittiham aktı elan edilib

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Ən çox oxunanalar