Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Göyçayda güclü külək bir sıra fəsadlar törədib

Güclü külək fəsadsız ötüşməyib...

Dünən günorta saatlarından başlayaraq əsən güclü külək Göyçay rayonunda bir sıra fəsadlar törədib.

"Report"un Yuxarı Şirvan bürosu xəbər verir ki, güclü küləyin təsiri nəticəsində Göyçay şəhərinə və bir neçə kəndə elektrik enerjisinin verilişi bir neçə saat dayanıb. Külək ağaclara, elektrik və rabitə naqillərinə zərər vurub.

İlkin məlumata görə, külək gecə saatlarında Göyçay rayonunun ərazisində beşmərtəbəli yaşayış binasının dam örtüyünü yerindən qopararaq səkinin üstünə aşırıb. Xöşəxtlikdən həmin vaxt ərazidə heç kim olmayıb.

Göyçay şəhərində və kəndlərdə külək nəticəsində qaz təminatında problem olmayıb.

Rayonun bir neçə kəndlərində yanğın hadisələri qeydə alınıb. Əsasən Məlikkənd və Şıxbəy kəndlərində 5 hektara yaxın ərazidə biçilmiş taxıl sahəsi, kol-kos yanaraq tələf olub. Hava küləkli olduğundan yanğın qısa vaxtda əraziyə yayılıb. Əraziyə FHN-nin Göyçay rayon Yanğından Mühafizə Hissəsinin yanğınsöndürmə texnikaları və canlı qüvvəsi cəlb edilib. Görülən tədbrlər nəticəsində alovun yaxınlıqdakı ərazilərə keçməsinin qarşısı alınıb.

Rayonda elektrik və rabitə xətlərinin verilişi bərpa edilib.

Hazırda rayon Fövqəladə Hallar Komissiyasının nümayəndələri küləyin təsiri nəticəsində dəyən ziyanı araşdırır.

pia.az


Etiket: Göyçay külək

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Firuzə İbadova: “Cavanşirsiz səhnəni tərk edirəm”

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - Yenilənib

Çinə səfər edən Antoni Blinken üçün qırmız xalı sərilmədi - Video    

Ən çox oxunanalar