Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Üzeyir Hacıbəyov və Müslüm Maqomayev həm də bacanaq idilər...

Məleykə xanımın böyük bacısı Badigülcamal xanım Müslüm Maqomayevin arvadı idi

Üzeyir Hacıbəyov müasir Azərbaycan musiqi mədəniyyətinin qurucusu olmuş, milli bəstəkarlıq məktəbinin təməlini qoymuşdur. O, Azərbaycan milli operasının, eləcə də Şərqdə ilk operanın banisidir.

Dahi bəstəkar Üzeyir Hacıbəyovun həyatına nəzər salanda, onun 38 illik həyat yoldaşı olan Məleykə xanımdan yan keçmək olmur. Onunla hələ Tiflisdə Qori müəllimlər seminariyasında oxuduğu illərdə tanış olmuşdu. Məleykə xanımın qardaşı Əli Terequlov bəstəkarla bir sinifdə oxuyurdu. Bazar günləri Əli Üzeyiri də özüylə birgə evlərinə aparır, Tiflisi gəzdirərdi. Məhz Üzeyir Hacıbəyov ilə qohumluq, yaxınlıq, zaman keçdikcə mətinləşən dostluq münasibəti onun həyatını mənalaşdıran amillərdən oldu. Üzeyir bəylə Məleykə xanım 1909-cu il dekabrın 20-də ailə həyatı qururlar. Amma cütlük övlad sahibi ola bilmir. Böyük Üzeyir Hacıbəyov həyat yoldaşı Məleykə xanıma konservatoriyaya daxil olmaqda da yardımçı olub. Məleykə xanım yoldaşına başqa qadınla evlənib övlad sahibi olmağı da təklif edib. Lakin təklif bəstəkar tərəfindən qəbul edilməyib. 6 il Bakıda kirayə yaşayan cütlük sonradan 1915-ci ildə hazırda ev muzey kimi fəaliyyət göstərən mənzilə köçürlər.

Məleykə xanım Terequlova milliyətcə tatar idi. Məleykə xanımın böyük bacısı Badigülcamal xanım Müslüm Maqomayevin arvadı idi. Azərbaycanın bu iki dahi şəxsiyyəti həm də bacanaq olublar.

Görkəmli bəstəkarın həyat yoldaşı Məleykə Hacıbəyli (Terequlova) Tiflisdə Qızlar Gimnaziyasında oxumuş, pedaqoji fəaliyyət göstərmişdir. 1910-cu ildə Üzeyir ilə ailə qurduqdan sonra Bakıya köçmüşdür. O, paytaxtımızda da pedaqoji fəaliyyətini davam etdirmiş, Azərbaycanda konservatoriya təşkil olunandan sonra Üzeyirin məsləhəti ilə həmin ali məktəbə daxil olmuşdur. Dahi bəstəkarımızın ölümündən sonra "Arşın mal alan" musiqili komediyasının klavirinin Bakıda, "Koroğlu" operasının klavirinin isə Moskvada nəşr olunub işıq üzü görməsində böyük əməyi və xidməti olmuşdur. Məleykə Hacıbəyli 1966-cı ildə vəfat etmişdir.

Məleykə xanım dahi bəstəkarımızın ölümündən sonra (1948) "Arşın mal alan" musiqili komediyasının klavirinin Bakıda, "Koroğlu" operasının klavirinin isə Moskvada nəşr olunub işıq üzü görməsində böyük əməyi və xidməti olmuşdur. Məleykə Hacıbəyli 1966-cı ildə vəfat etmişdir. Üzeyir bəyin məzarının sol tərəfində həyat yoldaşı Məleykə xanımın məzarı yerləşir. (zim.az)

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Məşhur vəkilə qarşı ittiham: 7 min manat pul alıb    

Politoloq: Ukraynadan sonra növbəti qurban Ermənistan seçiləcək...

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Ərəstun Oruclu: Ermənistanda və Moldovada konfliktlərin qaynar fazaya keçməsini istisna etmirəm...

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

Əhməd Əhmədov təcridxanaya qaytarıldı - Bundan sonrakı hüquqi qiymətləndirmə necə olacaq?

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

Ən çox oxunanalar