Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Dövlət İmtahan Mərkəzində 158 hakimliyə namizədlə test imtahanı keçirilib

Ədalət mühakiməsinin səmərəliliyinin artırılması üzrə dövlət başçısının tapşırıqlarına əsasən görülən tədbirlər çərçivəsində hakim vəzifəsinə namizədlərin tam şəffaf şəraitdə və obyektiv meyarlar əsasında seçimi həyata keçirilir

Məhkəmə Hüquq Şurasından "Report"a verilən məlumata görə, bu ayın 15-də 206 nəfər hakimliyə namizədlə Dövlət İmtahan Mərkəzində test imtahanı keçirilib. Namizədlərin seçimində çevikliyin təmin edilməsi, habelə onlar üçün daha şəffaf və əlverişli şəraitin yaradılması məqsədilə suallar müasir texnologiyalar tətbiq edilməklə, fərdi qaydada, kompüter vasitəsilə cavablandırılıb, hər bir namizədin nəticələri ona dərhal elan olunub.

Test imtahanından 60 və daha artıq bal toplayaraq müsabiqənin növbəti mərhələsinə buraxılmış 158 nəfər hakimliyə namizədlə sentyabrın 28-də Dövlət İmtahan Mərkəzində yazılı imtahan keçirilib. Hakimlərin seçilməsi Qaydalarına uyğun olaraq imtahan başlamazdan əvvəl hazırlanacaq imtahan suallarının sayı ilə bağlı Məhkəmə-Hüquq Şurası tərəfindən qərar qəbul edilib.

Bundan sonra Hakimlərin Seçki Komitəsi imtahan keçirilən binada, özünün qapalı iclasında sualları hazırlayıb və onlar dərhal imtahan zalına gətirilib. Namizədlər bu suallardan təsadüfi yolla biri cinayət, biri isə mülki sahəyə aid olmaqla ikisini seçiblər.

Dörd saat davam edən imtahanda hakimliyə namizədlərə həmin sualları cavablandırmaqla, kazusları həll etmək, qoyulmuş məsələlərə düzgün qiymət vermək, qanunun məzmununu dolğun açmaqla onun səlist izahını vermək bacaqıqlarını nümayiş etdirmələri üçün zəruri şərait yaradılıb.

Tam anonim olan cavab vərəqələri ikiqat yoxlama üsulu ilə qiymətləndirildikdən sonra imtahan nəticələri elan olunacaq.

İmtahan prosesi müşahidəçilər tərəfindən şəffaf prosedur kimi yüksək dəyərləndirilib.

pia.az


Etiket: İmtahan

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Azərbaycanda taksilərdə gediş haqqı lövhəsinin nümunəvi forması açıqlanıb

Uçot dərəcəsi endirilir, amma kredit faizləri azalmır. Nədən...

Qədr gecəsinin əməlləri: “İmkanı olanların süfrə açması məsləhətdir” 

Ən çox oxunanalar