Tanınmış Rusiyalı aktyor dünyasını dəyişdi
Rusiyalı aktyor Andrey Semyonov səhnədə vəfat edib.
“Yeni Sabah” xarici mətbuata istinadən xəbər verir ki, 56 yaşlı aktyor Mariya Ladonun "Çox sadə hekayə" tamaşasında mələk rolunu ifa edirmiş. O, bədənində tromb qopması səbəbilə tamaşa zamanı dünyasını dəyişib.
Qeyd edək ki, A.Semyonov karyerası boyunca 30-dan çox obrazı canlandırıb.
pia.az