Çərşənbə axşamı, 23 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Peskov: “Putin və Trampın telefon danışıqlarının yayımlanmayacağına ümid edirik”

“Ümid edirik ki, Rusiya-ABŞ münasibətlərdə iş ölkə prezidentləri Vladimir Putin və Donald Tramp arasında telefon danışıqlarının yayımlanmasına qədər gedib çıxmaz”...

Bunu Kremlin mətbuat katibi Dmitri Peskov deyib.

ABŞ Prezidenti D. Tramp və Ukrayna Prezidenti Vladimir Zelenski arasında telefon danışığının mətninin yayımlanmasına toxunan D. Peskov qeyd edib ki, buna bənzər halın ABŞRusiya arasında yaşanmayacağına ümid edirlər: “Bütün bunlar ABŞ-ın daxili işidir və biz bu işə qarışmaq istəmirik. Adətən belə telefon danışıqları məxfi xarakter daşıyır və bir qayda olaraq yayımlanmır”.

Qeyd edək ki, bir müddət əvvəl Ağ Ev ABŞ Prezidenti Donald Tramp və Ukrayna Prezidenti Vladimir Zelenski arasında baş tutmuş telefon danışığının mətnini yayımlayıb.

Xatırladaq ki, D. Trampla V. Zelenski arasında telefon danışığı iyul ayının 25-də baş tutub. Bundan sonra demokratlar bildiriblər ki, D. Tramp telefon danışığı zamanı V. Zelenskiyə təzyiq göstərərək rəsmi Kiyevdən Demokrat partiyasının üzvü, sabiq vitse-prezident Co Baydenin oğlu ilə bağlı araşdırma aparılmasını tələb edib. Artıq ABŞ Nümayəndələr Palatası Prezident D. Trampa qarşı impiçment proseduruna başlayır. İmpiçmentdə ABŞ Prezidenti də daxil olmaqla, qanun pozuntuları, dövlətə xəyanət, rüşvət və ya digər ağır cinayətlərdə günahlandırılan federal işçilərin vəzifədən uzaqlaşdırması tələb edilir. Bu günə qədər ABŞ tarixində dövlət başçısına qarşı impiçment proseduru cəmi üç dəfə olub. (apa)

pia.az


Etiket: Peskov


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Maşınların qarşısını kəsib sürücülərə silah tuşlayan şəxs kimdir? - Video

Cavanşir Məmmədovun dəfnində buna görə az adam olub 

Müdirə salam vermədi, işdən qovuldu - Azərbaycanda ilginc hadisə

Peskov sülhməramlıların Qarabağdan çıxarılmasının səbəbini açıqladı    

Əməkdar artistin vəziyyəti pisləşdi: Reanimasiyaya yerləşdirildi - Foto

Qan şəkərini aşağı salan və xolesterolu “parçalayan” meyvə

Bərdə sakinlərini dəhşətə salan hadisə: İlanlar evlərə hücum etdi - Video

Paşinyan: "Ermənilərin Qarabağa qayıtması üçün heç bir imkan yoxdur"

Azərbaycanda ictimai nəqliyyatla bağlı xoş xəbər

Aprelin sonuna qədər xoşagəlməz sarsıntılar gözləyir - Üç bürcə xəbərdarlıq

Ən çox oxunanalar