Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Elina Hacıyeva hadisəsi Azərbaycan təhsilində dəyişiklik siqnalı oldumu?

"Psixoloji xidmətin təşkili ilə bağlı qanuna yeni maddənin əlavə edilməsi, məktəb psixoloqunun fəaliyyətini tənzimləyəcək qaydaların hazırlanması vacibdir"

Təhsil Nazirliyinin təklifi əsasında "Təhsil haqqında qanun"a psixoloji xidmətin təşkili ilə bağlı yeni maddə əlavə edilib, məktəb psixoloqunun fəaliyyətini tənzimləyəcək qaydalar layihəsi hazırlanıb.

PİA.az Sputnik Azərbaycan-a istinad edir ki, bu qaydalar layihəsi təsdiq edildikdən sonra məktəb psixoloqlarının lazımi adekvat, vahid alətlərlə təmin edilməsi istiqamətində işlər görülməli, mövcud xarici testlərin standartlaşdırılması məsələsi həll edilməlidir. İslahatların uğurla həyata keçirilməsi həm də psixoloji xidmətin təşkilindən asılıdır. Təhsil eksperti Elçin Süleymanov deyir ki, bu dəyişiklik təhsil haqda qanunla yanaşı, "Ali təhsil haqqında" qanunda ali təhsil müəssisələrində psixoloji xidmətlərin təşkili maddəsi olaraq öz əksini tapacaq.

Təhsil üzrə ekspert Məlahət Mürşüdlü Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, psixoloji xidmətin təşkili ilə bağlı qanuna yeni maddənin əlavə edilməsi, məktəb psixoloqunun fəaliyyətini tənzimləyəcək qaydaların hazırlanması vacibdir. M.Mürşüdlü deyib ki, bu gün qanunda müəllimin hüquq vəzifələri öz əksini tapıb, amma psixoloqların yox: "Məktəbdə psixoloq işləyənlər bilməlidirlər ki, onların da qanunla hüquq vəzifələri olmalıdır. Bu gün psixoloqlar təhsil ocaqlarında məktəb direktorunun köməkçisinin köməkçisi kimi çalışırlar. Bu qaydalar onların məktəblərdə əsl vəzifəsini müəyyən etməli, üzərlərinə məsuliyyət qoymalıdır".

M.Mürşüdlünün sözlərinə görə, bundan əlavə, məktəb psixoloqları ilə bağlı daha bir boşluq məktəblərdə psixoloq ştatının azlığıdır: "Elə məktəblər var ki, orada bir psixoloq fəaliyyət göstərir. Şagird sayı az olan məktəblərdə bunu başa düşmək olar. Amma 1500-2000 şagirdin təhsil aldığı məktəblərə bir, iki psixoloq azlıq edir. Bundan başqa, psixoloq ştatı ibtidai sinif üçün ayrı, yuxarı siniflər üçün ayrı olmalıdır. Psixoanaliz elminin banisi avstriyalı nevrologist Freyd deyirdi ki, elə bir zaman gələcək ki, insanlar müalicə üçün psixoloqa müraciət edəcəklər. Psixoloqun yükü ağır olacaq. Artıq o dövr yetişib".

M.Mürşüdlü məktəblərdə psixoloqun fəaliyyətinə ciddi ehtiyac duyulduğunu, təhsil müəssisələrində həssas şagirdlərin psixoloqlar tərəfindən müəyyənləşdirilməli olduğunu söyləyib. Ekspert deyir ki, qanunda psixoloqların hazırlanması məsələsi də yer almalıdır:

"Çox təəssüf ki, bu sahədə kadrların hazırlanması diqqətdən kənarda qalıb. Universitetlərin bəzilərində bu fakültə var. Amma nəzərə almaq lazımdır ki, yaxın gələcəkdə tələbat daha da artacaq. Ona görə də psixologiya fakültəsi üzrə qəbul planı artmalıdır. Dövlət ali təhsil müəssisələri ilə yanaşı, özəl sektorda da bu fakültələr açılmalıdır".

Psixoloq Samirə Abdullayeva isə Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, yeni qaydalarda psixoloqların peşəkarlığı da nəzərə alınmalıdır: "Bu iş ştatı doldurmaq məqsədilə aparılmamalıdır. Psixoloq hər uşağa fərdi yanaşmağı bacarmalıdır. Pedaqoji qabiliyyəti olmalıdır. Bu gün müəyyən kurs keçib psixoloq olurlar. Belə psixoloqların məktəbdə hər hansı fəaliyyətinin olacağı inandırıcı deyil. Psixoloqların işi məktəblərdə psixoloji təhlükəsizlik mühiti yaratmaqdır. Həssas qrupu müəyyən etməkdir. Bullinqin (kütləvi təqibin - red.) qarşısını almaq, təhsilə təsir edən psixoloji gərginliyi aradan qaldırmaqdır. Ümumiyyətlə, psixoloqlar məktəblərdə şagirdlər arasında profilaktik iş aparmalıdırlar".
pia.az


Etiket: Məktəb Psixoloq


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Ən çox oxunanalar