Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

"Azadlıq", Meydan TV, "Turan"a qadağa ləğv edildi - Ali Məhkəmə qərar verdi

Ali Məhkəmə bəzi saytlara blok qoyulmasını nəzərdə tutan qərarı ləğv edib...

Hakim Ələsgər Əliyevin sədrliyi ilə keçirilən prosesdə qəbul edilmiş qərara əsasən, saytlara blok qoyulması ilə bağlı qərar ləğv edilib.

Sentyabrın 10-da Ali Məhkəmədə "Azadlıq" qəzeti, "Azadlıq" radiosu, "Azərbaycan saatı" proqramı, Turan TV və Meydan TV-nin saytlarına blok qoyulmasını nəzərdə tutan qərarla bağlı verilən kassasiya şikayətinə baxılıb.

Hakim Ələsgər Əliyevin sədrliyi ilə keçirilən prosesdə qəbul edilmiş qərara əsasən, saytlara blok qoyulması ilə bağlı qərar ləğv edilərək yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilib.

Qeyd edək ki, Səbail Rayon Məhkəməsi Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin iddiası əsasında 2017-ci il mayında "Azadlıq" qəzeti, "Azadlıq" radiosu, "Azərbaycan saatı" proqramı, Turan TV və Meydan TV-nin saytının bloklanması barədə qərar çıxarıb.

Bakı Apellyasiya Məhkəməsi həmin qərardan verilən şikayəti təmin etməyib.

Bakı Apellyasiya Məhkəməsinin qərarından isə Ali Məhkəməyə kassasiya şikayəti verilmişdi. (apa)

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Uçot dərəcəsi endirilir, amma kredit faizləri azalmır. Nədən...

Məşhur avtomobil markasının Azərbaycanda istehsalına başlanıldı    

Fələstinin yeni xarici işlər naziri ermənidir...

Bakıda “Prius”ların kütləvi satışına başlanıldı - Foto    

Alen Simonyan və Sahibə Qafarova arasında keçiriləcək növbəti görüşün tarixi məlum olub

Azərbaycanda tanınmış alim əşyaları ilə birlikdə küçəyə atıldı - Video

Şəkidə 26 yaşlı gənc sirkə turşusundan zəhərlənib

Ən çox oxunanalar