Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Nazim İbrahimovun və Hadi Rəcəblinin dostundan Azərbaycana xəyanət...

Hələ ki, Belarusdakı diaspor rəhbərinin bu hərəkətinə Diasporla İş üzrə Dövlət Komitəsi reaksiya verməyib...

 

Azərbaycan diasporunun Belarusdakı rəhbəri Baxşı Qəmbərov Minskdə sahibi olduğu klubda erməni olduğu söylənilən müğənni Quram Amaryanın konsertini təşkil etməklə yanaşı, həmçinin “Mulyen Ruj”da Azərbaycan mahnılarının səsləndirilməsinə də qadağa qoyub...

Belarus Azərbaycan İcmaları Konqresi sədrinin müavini, Belarusda fəaliyyət göstərən “Qobustan” Cəmiyyətinin sədri Baxşı Qəmbərov mənsub olduğu xalqa, öz vətəninə qarşı biabırçı, “xəyanət” adlandırıla biləcək addım atıb. Belə ki, Minskdə “Mulyen Ruj” klubunin sahibi olan Baxşı Qəmbərov Minskdə sahibi olduğu klubda erməni əslli müğənni Quram Amaryanın konsertini təşkil etməklə yanaşı, həmçinin “Mulyen Ruj”da Azərbaycan mahnılarının səsləndirilməsinə də yasaq qoyub.

PİA.az xəbər verir ki, bu barədə məlumatı “Zerkalo” qəzetinin keçmiş əməkdaşı, hazırda Almaniyada yaşayan jurnalist Mövsüm Hacıyev facebook sosial şəbəkəsindəki profilində paylaşma edib. Bu biabırçılıqla Minskdə rastlaşan Mövsüm Hacıyev ironiya ilə “Dahi millətik” yazaraq Azərbaycan diasporunun Belarusdakı ünlü simasına öz etirazını bildirib.

Qeyd edək ki, Baxşı Qəmbərov Belarusda Azərbaycan diasporunun tanınmış nümayəndələrindən hesab olunur. O, Diasporla İş üzrə Komitənin sabiq sədri Nazim İbrahimovun yaxın dostlarından biri olub. İndiki sədrlə də münasibətlərinin isti olduğu bildirilir.

Baxşı Qəmbərovun digər yaxın dostları arasında deputat Hadi Rəcəbli də yer alır. Gördüyünüz şəkildə Hadi Rəcəbli Baxşı Qəmbərovla və Minskin Vileysk rayonunun icra başçısının müavini ilə poz verir.

Digər deputatımız, akademik Yaqub Mahmudovun da Baxşı Qəmbərovla yaxın dost olduğu qeyd olunur.

Həmçinin Baxşı Qəmbərov Azərbaycan hökumətində də dostlarının olduğunu söyləyə bilərik.

Hələ ki, diaspor rəhbərinin bu hərəkətinə Diasporla İş üzrə Dövlət Komitəsi reaksiya verməyib.

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

"Belə iddia səsləndirəndə mətndə rəqəm, hesabat olur, daha səbət və gilas yox" - AYNA sərt tənqid edildi

Bakıda və üç rayonda qazın verilişində məhdudiyyət olacaq

Binə qəbiristanlığında çayxana tikilir? - Video

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Ən çox oxunanalar