Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Paşinyanın təxribatçı bəyanatları: Azərbaycanın danışıqlardan imtinası mümkündür?

Azərbaycan danışıqlardan imtina edərsə, status-kvonun dəyişməsi mümkün görünürmü?..

Politoloq: “Paşinyan ya reallıq hissini itirib, ya da reallığı daha yaxşı bilir... ”.

Ermənistan rəhbərliyinin destruktiv davranışı artıq mütəmadi xarakter alıb və Azərbaycana meydan oxumağa davam edir. Azərbaycan hökumətinin adekvat addımlar atmaması da çox ciddi suallar doğurur”.

Bu sözləri politoloq Nəsimi Məmmədli Nyu-Yorkda AzərbaycanErmənistan Xarici İşlər nazirləri arasında keçirilən növbəti görüşü və Paşinyanın bəyanatlarını PİA.az-a şərh edərkən qeyd edib.

Xəbər verdiyimiz kimi Nyu-Yorkda AzərbaycanErmənistan Xarici İşlər nazirləri arasında növbəti görüş keçirilib. Görüşdən sonra açıqlanan məqamlardan aydın olur ki, Nyu-York görüşündə ciddi əhəmiyyət kəsb edəcək hansısa nəticəsə əldə olunmayıb.

Xarici İşlər naziri Elmar Məmmədyarov isə İslam Əməkdaşlıq Təşkilatının Ermənistan Respublikasının Azərbaycana qarşı təcavüzü üzrə Kontakt Qrupunun dördüncü iclasında çıxışında bildirib ki: “Ermənistanın baş naziri Nikol Paşinyanın 5 avqust 2019-cu il tarixində Azərbaycanın işğal altındakı ərazilərinə qanunsuz səfəri zamanı Azərbaycanın ayrılmaz hissəsini – Dağlıq Qarabağı Ermənistan ərazisi kimi elan edən məsuliyyətsiz bəyanatı ilə əlaqədar ciddi narahatlığımızı ifadə edir və bunu qəti şəkildə rədd edirik.

Çıxışında Nikol Paşinyan beynəlxalq səviyyədə sənədləşdirilmiş günahsız insanların qətliamına, bir milyondan çox azərbaycanlı mülki əhalinin etnik təmizləməyə məruz qalmasına və məcburi köçkünlərin öz evlərinə geri qayıtmaq hüquqlarından məhrum olmasına səbəb olan münaqişənin nəticələrini məmnunluqla dilə gətirib. O, həmçinin utanmazcasına ATƏT-in Minsk Qrupunun himayəsi altında aparılan danışıqların məqsədini “müharibənin… nəticələrini qorumaq” kimi xarakterizə edərək təhrif edib. Bu addım, Ermənistan hökumətinin müxtəlif üzvləri tərəfindən səsləndirilən “bir qarış torpağın” Azərbaycana qaytarılmaması və “yeni ərazilər üçün yeni müharibə” kimi təxribatçı bəyanatların, habelə etnik təmizləməyə məruz qalmış Azərbaycan ərazilərinə erməni sakinlərinin məskunlaşdırılması və işğal olunmuş ərazilərin təbii sərvətlərinin qeyri-qanuni istismarı üzrə Ermənistan tərəfindən aparılan fəaliyyətin davamı kimi atılıb.

Ermənistan hökumətinin son təxribatçı bəyanatları və hərəkətləri sübut edir ki, Ermənistanın hazırkı hökuməti beynəlxalq hüququn norma və prinsiplərini kobud şəkildə pozulması məsuliyyətsiz yolunu davam etdirir”.

Nazir həmçinin qeyd edib ki, Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı (ATƏT) çərçivəsində aparılan vasitəçilik səyləri bu günə qədər bir nəticə verməyib: “Atəşkəs rejiminə baxmayaraq, Azərbaycanda ErmənistanAzərbaycan silahlı qüvvələrinin cəbhə xətti boyunca yerləşən şəhər və kəndlərə və iki dövlət arasındakı sərhədə olan, Azərbaycan hərbçilərinin və mülki şəxslərin öldürülməsi və yaralanması ilə nəticələnən hücumlar davam edir. Ermənistan ATƏT-in Minsk Qrupunun himayəsi altında aparılan danışıqlarda sadiq şəkildə iştirak etmək əvəzinə, işğal və etnik təmizləmənin nəticələrinin möhkəmləndirilməsi üçün vaxt qazanmaq məqsədi ilə Azərbaycanın münaqişənin sülh yolu ilə həllinə dair beynəlxalq ictimaiyyət tərəfindən dəstəklənən öhdəliyindən sui-istifadə edir və danışıqlar prosesini ləngitmək və həll yolundan qaçmaq üçün hər fürsətdən yararlanır”.

Paşinyanın bu şəkildə hədyan bəyanatlarını necə dəyərləndirmək olar? Həmçinin Azərbaycanın danışıqlardan imtinası mümkündürmü və Azərbaycan danışıqlardan imtina edərsə, status-kvonun dəyişməsi mümkün görünürmü?

Mövzunu PİA.az-ın əməkdaşı politoloq Nəsimi Məmmədli ilə müzakirə edib.

Nəsimi Məmmədli: “Ermənistanın baş naziri Nikol Paşinyanın Azərbaycana meydan oxuması artıq mütəmadi xarakter alıb”.

İndiyədək aparılan danışıqların nəticəsizliyinin hər kəsə aydın olduğunu vurğulayan politoloq PİA.az-a açıqlamasında bildirib ki, Ermənistan hökumətinin başçısı və üzvləri beynəlxalq ictimaiyyətin qarşısında Azərbaycanı açıq-aşkar ələ salır:

Ermənistanın baş naziri Nikol Paşinyanın Azərbaycana meydan oxuması artıq mütəmadi xarakter alıb. O, Azərbaycanın işğal altındakı ərazilərinə qanunsuz səfəri zamanı Dağlıq Qarabağı Ermənistan ərazisi kimi təqdim edərək indiyədək aparılan danışıqlara əslində nöqtə qoydu.

Paşinyan ATƏT-in qəbul etdiyi sənədlərə məhəl qoymadığını, Azərbaycanın ərazi bütövlüyü ilə qətiyyən razılaşmadığını açıq bəyan etdi. Habelə, günahsız dinc insanların qətliamına, bir milyondan çox mülki əhalinin etnik təmizləməyə məruz qalmasına və məcburi köçkünlərin öz evlərinə geri qayıtmaq hüquqlarından məhrum olmasına haqq qazandırdı.

Ən əsası da o, ATƏT-in Minsk Qrupunun fəaliyyətinin məqsədini “müharibənin nəticələrini qorumaq” kimi xarakterizə etməklə tərəfləri siyasi-diplomatik dilemma qarşısında qoydu.

Paşinyanla yanaşı Ermənistan hökumətinin digər üzvləri də açıq bəyan edirlər ki, “bir qarış torpaq” Azərbaycana qaytarılmayacaq. “Yeni ərazilər üçün yeni müharibə”yə hazırıq. Azərbaycan ərazilərində erməni sakinlərinin məskunlaşdırılması və işğal olunmuş ərazilərin təbii sərvətlərinin qeyri-qanuni istismarını da dayandırmaq niyyətləri yoxdur.

Nəsimi Məmmədli: “Ermənistan tərəfinə hərbi təzyiq etmək imkanımız məhdud olsa da, siyasi-psixoloji basqını artırmalıyıq”.

Ermənistan rəhbərliyinin destruktiv davranışı artıq mütəmadi xarakter alıb və Azərbaycana meydan oxumağa davam edir. Azərbaycan hökumətinin adekvat addımlar atmaması da çox ciddi suallar doğurur. Doğrudanmı Azərbaycan silahlı qüvvələrinin real durumu, siyasi rəhbərliyin bəyanatları düşməni narahat edəcək səviyyədə deyil? Paşinyan ya reallıq hissini itirib, ya da reallığı daha yaxşı bilir...

İstənilən halda Ermənistan hökumətinin belə cəsarətli bəyanatlar səsləndirməsinin arxasında çox ciddi gizli səbəblərin olması istisna deyil. Bu, qətiyyən Paşinyanın özfəaliyyətinin, həyasızlığının nəticəsi kimi görünmürl. Sanki onları Azərbaycana qarşı belə cəsarətli edən hansısa amillər var.

İndiyədək aparılan danışıqların nəticəsizliyi hər kəsə aydındır. Artıq danışılacaq heç bir məsələ qalmayıb. Ermənistan hökumətinin başçısı və üzvləri beynəlxalq ictimaiyyətin qarşısında Azərbaycanı açıq-aşkar ələ salır. Döyüşdə əldə etdiyi qələbəni siyasi-diplomatik qələbə ilə başa çatdırmaq əzmini nümayiş etdirir.

Azərbaycan hökuməti bütün beynəlxalq qurumlara, maraqlı tərəflərə Ermənistanın destruktivliyi ucbatından danışıqların dayandırdığını bəyan etməlidir. Azərbaycanın dərhal hərbi əməliyyatlara başlamaq imkanı olmasa da, qarşı tərəfə və dünya ictimaiyyətinə hər an müharibənin başlaya biləcəyinin mesajını verməlidir.

Ermənistan tərəfinə hərbi təzyiq etmək imkanımız məhdud olsa da, siyasi-psixoloji basqını artırmalıyıq”.

Nərminə UMUDLU
pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Ərdoğan: Qarabağda hansı addımı atdıqsa, qarşımıza böyük qlobal ittifaq çıxdı

Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu cərimələdi

Ən çox oxunanalar