Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

ATƏT-in Minsk Qrupunun həmsədrləri regiona səfər edəcəklər

ATƏT-in Minsk qrupu bəyanat yayıb...

ATƏT-in Minsk qrupunun həmsədrləri Azərbaycanın və Ermənistanın XİN rəhbərlərinin görüşü ilə bağlı bəyanat yayıb. Bəyanatda bildirilir ki, ATƏT-in Minsk Qrupunun həmsədrləri (Rusiya - İqor Popov, Fransa - Stefan Viskonti və ABŞ - Endryu Şofer) BMT Baş Assambleyasının iclasında ayrı-ayrılıqda və birgə Azərbaycanın xarici işlər naziri Elmar MəmmədyarovErmənistanın xarici işlər naziri Zöhrab Mnatsakanyan ilə görüşüblər.

APA xəbər verir ki, həmsədrlərin görüşünə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik də qoşulub. Onlar, həmçinin ATƏT-in baş katibi Tomas Qreminqerlə, ATƏT-in fəaliyyətdə olan sədri, Slovakiyanın xarici işlər naziri Miroslav Layçakla və Birləşmiş Millətlər Təşkilatının yüksək vəzifəli şəxsləri ilə görüşüblər.

Həmsədrlər hər iki nazirə münaqişənin humanitar və təhlükəsizlik aspektləri üzrə bu yaxınlarda Parisdə və Cenevrədə keçirilən məsləhətləşmələri də daxil olmaqla, iyunda Vaşinqtondakı birgə görüşdən sonra fəaliyyətləri haqqında məlumat veriblər.

Həmsədrlər birbaşa əlaqə kanalları da daxil olmaqla, yay dövründə tərəflərin zorakılığın minimallaşdırması üzrə səylərinin müsbət təsirlərini qeyd ediblər və təzəliklə baş verən ölüm hadisəsi ilə bağlı dərin təəssüf hissi ifadə ediblər.

Həmsədrlər və nazirlər gərginliyi azaltmaq, sülh və əsaslı danışıqlar üçün əlverişli şəraiti qorumaq məqsədilə əlavə tədbirlərin müzakirəsini davam ediblər. Həmsədrlər martın 9-da qəbul etdikləri bəyanata istinad edərək, tərəfləri danışıqların nəticələrini pozan və ya onun barədə əvvəlcədən hökm verən ritorikadan istifadəni minimallaşdırmağa çağırıblar.

Həmsədrlər yaxın gələcəkdə regiona səfər etməyi də planlaşdırırlar.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Azərbaycanda taksilərdə gediş haqqı lövhəsinin nümunəvi forması açıqlanıb

Ən çox oxunanalar