Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İranda azərbaycanlı qadın aktivistə 7 il həbs və 74 qamçı cəzası verildi

Onun həmçinin 2 il ölkədən çıxma və partiyalara üzv olmasına qadağa tətbiq edilmişdi

Tehran Apellyasiya Məhkəməsi Pərisa Rəfiiyə qarşı ilkin məhkəmədə çıxarılan hökmü qüvvədə saxladı.

Bu haqda İranda insan haqları sahəsində fəaliyyət göstərən HRA saytı məlumat yayıb.

Bundan əvvəl Tehran İnqilab Məhkəməsi xanım Rəfiini 7 il həbs və 74 şallaq cəzasına məhkum etmişdi. Onun həmçinin 2 il ölkədən çıxma və partiyalara üzv olmasına qadağa tətbiq edilmişdi.

Həmin xəbərə əsasən, Pərisa Rəfiinin məhkəməsi iyulun 2-də keçiriləcəyi ilə bağlı məlumatlandırılsa da, ona Tehran vilayətinin Apellyasiya Məhkəməsinin 36-cı şöbəsinə müraciəti zamanı məhkəmənin keçirilməyəcəyi və hökmün qiyabi olaraq veriləcəyini bildirilmişdi.

Əslən İran Azərbaycanının Zəncan vilayətindən olan fəal Pərisa Rəfii Tehran İnqilab Məhkəməsinin 28-ci şöbəsi tərəfindən "sistemə qarşı təbliğat", "ictimai asayişi pozmaq" və "sözləşmə və toplaşma" kimi ittihamlarla suçlanaraq, 7 il həbs və 74 şallaq cəzasına məhkum edilmişdi.

Tehran Universitetinin gözəl sənətlər ixtisasının tələbəsi Pərisa Rəfii 2018-ci il fevralın 25-də təhlükəsizlik qüvvələri tərəfindən tutularaq, 23 gün naməlum yerdə tək adamlıq həbsxanada saxlanıldıqdan sonra girov müqabilində sərbəst buraxılmışdı. (amerikaninsesi.org)

pia.az

 


Etiket: iran Həbs


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

İsrail İran ərazisində bir hərbi obyektə raket zərbəsi endirib

Güclü maqnit qasırğası gözlənilir: Ən təhlükəli günlər açıqlandı

Bakı Fransız Liseyinin fəaliyyətinin dayandırılmasının səbəbləri açıqlanıb - Yenilənib

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ən çox oxunanalar