Cümə axşamı, 18 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İntihar edən yeniyetmənin işi ilə bağlı növbəti məhkəmə baş tutub

Çərşənbə axşamı Bakının Səbail rayon məhkəməsində 8-ci sinif şagirdi Elina Hacıyevanın intihar etməsindən sonra onun aparıldığı Klinik Tibbi Mərkəzin həkimlərinin ifadəsinə başlanıb

PİA.az BBC News Azərbaycancaya istinadən xəbər verir ki, xəstəxananın uşaq həkimi Əkrəm Covdarov ifadəsində xəstəxanaya gətirilərkən Elinanı o müayinə edib və azyaşlı rentgen və UZİ-dən keçirilib.

Amma həkimlər Elina Hacıyevaya təcili cərrahi müdaxiləni zəruri edən problem aşkar etməyiblər, Əkrəm Covdarov ifadəsində deyib.

İstintaq materiallarında Elina Hacıyevanın ölməsinə 7-8 səbəb göstərilib. Bu səbəblər arasında ağciyər zədələnməsi, kəskin tənəffüs çatışmazlığı, çanaq sümüyündə qırıqlar, travmatik şok var.

Məhkəmə digər şahidlərin ifadəsi ilə davam edir.

Ötən məhkəmə prosesində iş üzrə təqsirləndirilən məktəb direktoru Sevinc Abbasova ifadə verib.

O, Cinayət Məcəlləsinin "təhlükədə qoyma və səhlənkarlıq", "zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda" maddələri ilə ittiham olunur.

Bu prosesdə Səbail Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Xalidə Bayramova şahid qismində məhkəmədə çıxış edib.

Nə baş verib?

Elina Hacıyeva 2019-cu ilin aprelin 4-də özünü təhsil aldığı 162 saylı məktəbin pəncərəsindən ataraq intihar edib.

O, xəstəxanaya aparılsa da, aldığı çoxsaylı zədələrə görə iki gün sonra xəstəxanada vəfat edib.

Baş Prokurorluq hadisə ilə bağlı Cinayət Məcəlləsinin "özünü intihar həddinə çatdırma" maddəsi üzrə cinayət işi açsa da, ilkin rəsmi məlumatda yeniyetmə qızın məktəbin 3-cü mərtəbəsindən yıxıldığını qeyd etmişdi.

Elina Hacıyevanın anası Sevil Hüseynova müsahibəsində deyib ki, o, məktəbdə qızına qarşı olan pis davranışlar barədə məktəb müəllimlərinə və direktoruna dəfələrlə müraciət edib, amma bir tədbir görülməyib.

Sevil Hüseynova ölümlə bağlı "məktəbin direktorundan, dərs hissə müdirindən, həkimlərdən, bu işdə əli olan hər kəsdən şikayət" etdiklərini bildiriib. (BBC)

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Samir Əsədli:" Sülhməramlılar Xudavəng monastırına bizi buraxmadılar"

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Aytən Səfərovanın düşdüyü qəzada ölən gəncin görüntüsü

Ramiz Mehdiyevin kürəkəni Şabranda 52 hektar torpağı ələ keçirdi – Qalmaqallı məhkəmə işi

Paşinyandan növbədənkənar seçki ilə bağlı açıqlama

Paytaxt sakinini həkim yox, texniki işçi əməliyyat edib? - Ağılasığmaz iddia

Dünyada cəmi beş ədəd olan avtomobildən biri satışa çıxarılıb - Foto

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

“Mercedes”lərdə problem aşkarlandı: 260 mindən çox avtomobil geri çağırılır

“Golden Boy” nominantları açıqlandı: Siyahıda üç türkiyəli futbolçu var

Ən çox oxunanalar