Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Zelenski: “Mənə yalnız bir nəfər təzyiq edə bilər”

Ukrayna Prezidenti Vladimir Zelenski ona təzyiq göstərə biləcək yeganə şəxsin adını çəkib...

Virtualaz.org lenta.ru-ya istinadən bildirir ki, bu barədə açıqlamanı o, BMT Baş Assambleyasının 74-cü iclası çərçivəsində rusiyalı jurnalistlərlə söhbət əsnasında verib.

Belə ki, ABŞ Prezidenti Donald Tramp ilə söhbət zamanı ona göstərilən mümkün təzyiqlərlə əlaqədar yaranan qalmaqala münasibət bildirən V.Zelenski deyib: "Mənə heç kim təzyiq göstərə bilməz. Çünki mən müstəqil bir ölkənin prezidentiyəm”.

Amma Ukrayna dövlətinin başçısı onu da etiraf edib ki, bu qaydadan istisna halı da var: “Mənə yalnız bir nəfər təzyiq edə bilər-o da mənim 6 yaşlı oğlumdur”.

Ukrayna lideri mətbuat nümayəndələrinin "Trampdan nə isə xahiş edəcəksinizmi" suallarına da sərt reaksiya verib.

"Bir daha deyə bilərəm ki, Trampla dəstək barədə danışa bilərik. Nə isə xahiş etmək barədə soruşursunuzsa, bu, Ukraynaya aid deyil. Biz özümüz kiməsə kömək edə bilərik",- deyə Zelenski vurğulayıb.

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Ən çox oxunanalar