Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

ABŞ prezidentinin İsrail böhranı: Netanyahu Trampı peşman edib...

Trampın oyununda Netanyahu ən önəmli domino daşı idi. Bu daş yıxıldığı üçün, digər daşlar da yıxılacaq...

Abdullah MURADOĞLU
“Yeni Şafak” qəzeti, Türkiyə, 24 sentyabr 2019-cu il

ABŞ prezidenti Tramp “Yüzilliyin müqaviləsi” adlandırdığı İsrail-Fələstin sülh planını reallaşdırmaq üçün Bünyamin Netanyahuya bel bağlamışdı...

Son zamanlar Tramp-Netanyahu münasibətləri hətta ABŞ-İsrail münasibətlərini də üstələyib. Trampın İsrail siyasəti Netanyahunu iqtidarda saxlamağı hədəfləyirdi. Bu mənada Tramp İsrailə normal şərtlərdə əldə edə bilməyəcəyi qədər böyük qazanclar verib. Netanyahu seçki kampaniyasında bu qazancları Trampla qurduğu şəxsi münasibətlərin bir nəticəsi kimi göstərib. Netanyahunu ilə Trampın birlikdə çəkdirdiyi şəkillər həm 9 apreldə, həm də 17 sentyabrdakı seçkilərdə “Likud”un kampaniya afişası kimi göstərilib.

ABŞ-dakı liberal yəhidilər və “Demokratlar” da bildirib ki, Trampın İsrail siyasətini Netanyahu ilə qurduğu şəxsi münasibətlərə əsaslandırmasından narahat olurlar. Demokratlar və əsas cərəyan olan Respublikaçılar İsrail-Fələstin ixtilafının həlli yolunda “iki dövlətli” üsulu dəstəkləyirdilər. Netanyahunun ilhaqçılıq siyasətləri isə bu razılaşmanı baltalayır. Trampın sülh planını aparan komandanın “iki dövlətli” həll yoluna işarə etməsi də diqqətçəkici idi.

Tramp da mərkəzində Netanyahu olan İsrail siyasətini daxili siyasətdə istifadə edir. Tramp “İsrail Lobbisi”nin maliyyə qaynaqlarının 2020-ci il seçkilərində ona və Respublikaçılara çatması üçün çalışır. Xristian-sionist evangelistlər də Respublikaçılara strateji baxımdan kütləvi səs toplamaqda dəstək olurlar. 2020-də yenidən prezident seçilmək istəyən Tramp üçün mərkəzində Netanyahu olan İsrail siyasəti bu qisimlə ittifaqa davam etmək üçün ən effektiv vasitələrdən biridir.

Durum gözlənilməz oldu. İkinci dəfə keçirilən seçkilərdə Netanyahu yenə istədiyini əldə edə bilmədi 9 apreldə birinci partiya seçilən “Likud”, 17 sentyabrdakı seçkilərdə 2-ci partiyaya çevrildi.

Netanyahunun məğlubiyyəti Trampın da məğlub olduğunu göstərir və bu durum sözügedən sülh layihəsinin də taleyinə təsir edir. Tramp seçkidən bir neçə gün sonra planı açıqlamaq istəyirdi. Lakin bu açıqlama Netanyahunun seçkidə qazanacağı zəfərdən asılı idi. Nəticədə, Trampın Netanyahu iqtidarına əsaslandırdığı sülh planı əlində partladı. İndisə Tramp İsrail siyasətinin şəxsi deyil, təşkilati olduğunu müdafiə edərək öz vəziyyətini yüngülləşdirir.

Seçkilərdən 3 gün sonra Tramp vəziyyəti dəyərləndirmək üçün Yaxın Şərq üzrə özəl səfiri Ceyson Qrinbleti İsrailə göndərib. Qrinbletin Netanyahu ilə keçirdiyi özəl görüşdə ABŞ-ın İsraildəki səfiri Devid Fridmenlə İsrailin ABŞ-dakı səfiri Ron Dermer də iştirak edib. Görüşdən sonra tərəflər heç bir açıqlama verməyiblər, amma görüşdə Trampın sülh planının aqibəti, hökümət qurmaqla bağlı işlərin son vəziyyəti və ABŞ-İran arasındakı son gərginliklər də müzakirə olunub.

İsrail seçkilərində “Mavi-Bəyaz” bloku 2 yerlə Netanyahunun “Likud” Partiyasını qabaqlayıb. “Mərkəz Sol” qanaq adlanan bu blokun Baş nazir namizədi isə sabiq Baş Qərargah rəhbəri Benni Qantzdır. Tramp və Ağ Ev indiyədək Qantzla yaxınlıq qurmağa çalışmayıb. Tramp və sülh planını aparan heyətin nəzdində Benni Qantz, demək olar, bir heç idi. Netanyahu ilə görüşən Qrinblet yaxın zamanda Qantzla da görüşməyi planlaşdırır. Netanyahunu dəstəkləyən qisimlər bu prosesi diqqətlə izləyirlər. Ağla ilk gələn də “Tramp, görəsən, Netanyahudan uzaqlaşırmı?”, sualı olur.

Tramp Netanyahu ilə ABŞ-İsrail qarşılıqlı müdaifə razılaşması əldə etmək üçün görüşəcəyini bildirmişdi. Tramp görüşün BMT zirvəsindən sonra başlayacağını da qeyd edib. Benni Qantz isə bu görüşün İsraili məhdudlaşdıracağını düşünür və dəstəkləmir.

Netanyahu hələ ki, BMT zirvəsində iştirak etmək üçün NyuYorka getməyib. Tramp isə zirvədə İran prezidenti Ruhani ilə görüşməyəcəyini açıqlayıb.

Netanyahu hökümət qura biləcək bir nəticə əldə etsəydi, vəziyyət dəyişə bilərdi. Bu mərhələdə Trampın Netanyahu ilə bağlı planları, görünür, məhv olub gedir.

Trampın oyununda Netanyahu ən önəmli domino daşı idi. Bu daş yıxıldığı üçün, digər daşlar da yıxılacaq.

Orijinal

Tərcümə PİA.az-ındır.

Fatimə ƏLİYEVA
pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Ən çox oxunanalar