Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Suriyada “Üçlər”lə Qərb arasında yeni qarşıdurmanın başlanğıcı qoyulur?...

Politoloq: “İndiki dövrdə Suriyada daha çox gələcək seçkilər məsələsi, parlamentin formalaşması və konstitusiya məsələsi müzakirə mövzusu ola bilər”

Suriya məsələsində ABŞRusiya arasında razılaşdırılmış məqamlar var və bu razılaşdırılmış məqamların hər birinə görə Suriyadan külli miqdarda dividentlərin əldə ediləcək”.

Bu sözləri politoloq Zaur Məmmədov BMT tərəfindən yaradılan Suriya Konstitusiya Komitəsini və bundan sonrakı hadisələrin inkişafını PİA.az-a şərh edərkən qeyd edib.

BMT-nin Baş katibi Antonio Quterreş sentyabrın 23-də Suriya Konstitusiya Komitəsinin yaradıldığını elan edib.

BMT-nin Baş katibi jurnalistlərə müsahibəsində deyib: “Suriya hökuməti və Danışıqlar üzrə Suriya Komitəsi arasında balanslaşdırılmış, etimada layiq və inklüziv Konstitusiya Komitəsinin yaradıldığını bəyan etmək məni çox sevindirir. Yaxın həftələrdə Komitənin Cenevrədə toplantısı keçiriləcək”.

Antonio Quterreş “bu razılaşmanın əldə edilməsi üzrə diplomatiya sahəsində göstərdikləri səylərə görə” Rusiya, İran və Türkiyəyə təşəkkürünü bildirib.

Bu prossesin Astana prossesi ilə paralel getməsini mümkündürmü, yoxsa Suriyada “Üçlər”lə Qərb arasında yeni qarşıdurmanın başlağıcı qoyulur?..

Mövzunu PİA.az-ın əməkdaşı Politoloqlar Klubunun rəhbəri Zaur Məmmədovla müzakirə edib.

Zaur Məmmədov: “Suriyada gərginliyin ən pis vaxtı arxada qalsa da, yenə də bu ərazidə maraqları üst-üstə düşməyən bir çox qruplar var”.

2011-ci ildən bu yana Suriyada faktiki olaraq xaosun höküm sürdüyünü xatırladan politoloq PİA.az-a açıqlamasında bildirib ki, beynəlxalq təhlükəsizliyə cavab verən BMT-nin Təhlükəsizlik Şurası bu illər ərzində daimi üzvlərinin qarşıdurması şəraitində effektsiz olduqlarını nümayiş etdirirdilər:

“Təbii ki, BMT planetin ən qaynar yerlərindən olan Suriyada fəallıq nümayiş etdirməlidir. 2011-ci ildən bu yana biz Suriyada faktiki olaraq xaosun höküm sürdüyünün şahidi oluruq. Beynəlxalq təhlükəsizliyə cavab verən BMT-nin Təhlükəsizlik Şurası bu illər ərzində daimi üzvlərinin qarşıdurması şəraitində effektsiz olduqlarını nümayiş etdirirdilər. Bunun isə nə ilə nəticələndiyi hamıya məlumdur. Yəni Suriyada milyonlarla qaçqın və köçkünlər yarandı və ayrı-ayrı terror qruplaşmaları da Suriyada formalaşmağa başladı və vətəndaş müharibəsində yüz minlərlə insan həyatını itirdi.

İndiki halda Suriyada söz sahibi Rusiyadır. Həmçinin Rusiya-İran-Türkiyə üçlüyü Suriyada siyasi prosesləri idarəetməklə məşğuldurlar. Eyni zamanda Suriyada ABŞ-ın roluna da diqqət çəkmək lazımdır. Düşünürəm ki, Suriya məsələsində ABŞRusiya arasında razılaşdırılmış məqamlar var və bu razılaşdırılmış məqamların hər birinə görə Suriyadan külli miqdarda dividentlərin əldə ediləcək.

Zaur Məmmədov: “Rusiya-İran-Türkiyə üçlüyü Suriyada siyasi prosesləri idarə etməklə məşğuldurlar”.

Əgər bundan əvvəl BMT iclaslarında daha çox Əsədin hakimiyyətdən getməsinin məqbulluğundan söhbət gedirdisə, artıq bu dəfə Əsədin hakimiyyətdən getməyəcəyindən söhbət gedə bilər. İndiki dövrdə Suriyada daha çox gələcək seçkilər məsələsi, parlamentin formalaşması və konstitusiya məsələsi müzakirə mövzusu ola bilər.

Hər bir halda Suriyada vəziyyət hələ də gərgin olaraq qalmaqdadır. Düzdür Suriyada gərginliyin ən pis vaxtı arxada qalsa da, yenə də bu ərazidə maraqları üst-üstə düşməyən bir çox qruplar var. Həmin qrupların da maraqlarının Suriyada toqquşmasının şahidi ola bilərik və bu toqquşmalar özüylə yeni müharibə gətirə bilər”.

Nərminə UMUDLU
pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Ən çox oxunanalar