Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

2019-cu ilin ən yaxşıları açıqlanıb - Siyahı

İtaliyanın Milan şəhərində ilin ən yaxşı futbolçuları açıqlanıb...

FIFA tərəfindən keçirilən, milli komandaların baş məşqçiləri, kapitanları və jurnalistlərinin səsverməsinə əsasən qalibləri müəyyənləşdirilən “The Best” mükafatının sahibləri bilinib.

Kriştianu Ronaldunun qatılmadığı tədbirdə argentinalı ulduz Lionel Messinin qalib olduğu açıqlanıb. Messi altıncı dəfə ilin ən yaxşısı seçilib və bununla da dünyada ən çox bu mükafata layiq görülən futbolçu olub.

Xatırladaq ki, o daha əvvəl 2009, 2010, 2011, 2012 və 2015-ci illərdə bu mükafata yiyələnmişdi.

İlin məşqçisi – Yürqen Klop (“Liverpul”)

İlin qadın məşqçisi – Cil Elis (ABŞ millisi)

İlin futbolçusu – Lionel Messi (“Barselona”)

İlin qadın futbolçusu – Meqan Rapinou (ABŞ millisi)

İlin qapıçısı – Alison Beker (“Liverpul”)

İlin qadın qapıçısı – Sari van Veenendaal (Hollandiya millisi)

İlin ən yaxşı qolu (“Puşkaş” mükafatı) – Daniel Jori (“Debretsen”də oynayarkən “Ferentsvaroş”a vurduğu qol)

İlin Feyr-Pleyinə əməl edən komandası – “Lidz Yunayted” (İngiltərə)

İlin azarkeşi – Silvia Qrekko (Braziliya)

Həmçinin, ilin kişi və qadın futbolçularından ibarət rəmzi komandasının heyəti açıqlanıb. Kişi komandasının rəmzi heyəti belədir:

Qapıçı: Alisson Beker (“Liverpul”);

Müdafiəçilər: Vircil van Deyk (“Liverpul”), Serxio Ramos (“Real”), Marselo (“Real”), Mateys de Lixt (“Yuventus”);

Yarımmüdafiəçilər: Frenki de Yonq (“Barselona”), Luka Modriç (“Real”), Eden Azar (“Real”);

Hücumçular: Lionel Messi (“Barselona”), Kriştianu Ronaldu (“Yuventus”), Kilian Mbape (PSJ).

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

Ən çox oxunanalar