Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Paşinyanın ABŞ səfərinin pərdəarxası məqamları... - Tramp və Pompeo ilə görüşə bilməyəcək...

Ermənistan baş nazirinin ABŞ prezidenti Donald Trampla görüşü barədə heç bir məlumat verilməyib...

Politoloq: “Paşinyanın ABŞ səfərindən və BMT-də gözlənilən başqa çıxışından ciddi hansısa siyasi məsələlərin həll edilməsini gözləmirəm”.

Ermənistanın baş nazirinin ABŞ səfərinin arxasında əsas olaraq erməni lobbisiylə görüşmək dayanır”.

Bu sözləri politoloq Natiq Miri Ermənistanın baş nazirinin ABŞ səfərini PİA.az-a şərh edərkən qeyd edib.

Ermənistanın baş naziri Nikol Paşinyanın ABŞ-da səfərdədir. Səfərdən öncə açıqlanan gündəlikdə məlum olur ki, sentyabrın 22-də Los-Ancelesdə, şəhərin mərkəzində mitinqdə iştirak və çıxış edib. Kaliforniya ştatı və şəhərinin rəhbərliyi, erməni icmasının nümayəndələri və erməni KİV-in təmsilçiləri ilə görüşü olub. Nikol Paşinyanın yerli iş adamlarının iştirakı ilə keçiriləcək biznes foruma da qatılacağı planlaşdırılıb.

Onun Nyu-Yorkda BMT Baş Assambleyasının 74-cü sessiyasında iştirak və çıxışı nəzərdə tutulub. N.Paşinyan BMT-nin baş katibi Antoniu Qutterişlə də görüşəcək.

Proqramda Ermənistan baş nazirinin sessiya çərçivəsində ABŞ prezidenti Donald Trampla görüşü barədə məlumat verilməyib.

Ümumillikdə Paşinyanın ABŞ səfərini necə dəyərləndirmək olar?

Mövzunu PİA.az-ın əməkdaşı Milli Strateji Təhqiqatlar Mərkəzinin sədri, politoloq Natiq Miri ilə müzakirə edib.

Natiq Miri: “Paşinyan erməni lobbisinin toplumu ilə görüşərək Ermənistana maddi yardımların edilməsinə çalışacaq”.

Paşinyanın ABŞ səfərinin Ermənistanda ciddi narazılıq yaratdığını bildirən politoloq PİA.az-a açıqlamasında əlavə edib ki, Paşinyan Amerika səfərində 400 min dollar büdcə pulu sərf edəcək və bu da kasıb ermənilərin, o cümlədən müxalifətin ciddi qəzəbinə səbəb olub:

“Əvvəla onu qeyd edim ki, Ermənistanın baş naziri Paşinyan 22 sentyabr tarixində Los-Ancelesin mərkəzindəki “Grand Park”da nəzərdə tutulan mitinqdə iştirak etmək üçün ABŞ-a səfərə gedib. Həmçinin məlumdur ki, Paşinyan Kaliforniyada işgüzar konfransda iştirak etməyi planlaşdırır, bundan sonra Silikon Vadisində San-Xose şəhərinə yollanacaq. O, San-Xosedə yüksək texnologiyalar sahəsinin təmsilçiləri, erməni etnik qrupunun nümayəndələri olan mütəxəssislərlə görüşəcək.

Daha sonra Paşinyan, Nyu-Yorkda BMT Baş Assambleyasının 74-cü sessiyasında iştirak edəcək. Bildiyim qədəri ilə Ermənistan hakimiyyəti ABŞ-ın dövlət katibi Pompeo səviyyəsində belə görüş təşkil edə bilməyib. Yəni Paşinyanın BMT-də Rusiya, ABŞ prezidentləri ilə görüşünün olması gözlənilən deyil. Buna görə də Paşinyanın ABŞ səfərindən və BMT çıxışından ciddi hansısa siyasi məsələlərin həll edilməsini gözləmirəm.

Onu da qeyd edim ki, Paşinyanın ABŞ səfəri Ermənistanda ciddi narazılıq yaradıb. Çünki Paşinyan Amerika səfərində 400 min dollar büdcə pulu sərf edəcək və bu da kasıb ermənilərin, o cümlədən müxalifətin ciddi qəzəbinə səbəb olub.

BMT-nin 74-cü sessiyasında əsas məsələ dünyanın böyük dövlətlərinin son vaxtlar dünyada baş verən məsələlərə münasibəti olacaq. Əsas da RusiyaABŞ-ın müzakirələr aparacaqları gözlənilir. Bu sessiyada həmçinin əsas məsələlərdən biri də Çinlə bağlı olacaq. Çünki hazırda ABŞ-la Çin arasında gedən ticarət müharibəsi bütün dünyada siyasi və iqtisadi prosseslərə təsir edir. Bütün bunlara görə də Paşinyanın ABŞ səfərində yaxşı hansısa nəticənin əldə edəcəyini gözləmək olmaz.

Natiq Miri: “BMT Baş Assambleyasının sessiyasında da Paşinyanın rəsmi şəxslərlər görüşünün təyin edilməməsi onu göstərir ki, ABŞ-Ermənistan münasibətləri elə də yaxşı deyil”.

Hesab edirəm ki, Ermənistanın baş nazirinin ABŞ səfərinin arxasında əsas olaraq erməni lobbisiylə görüşmək dayanır. Bildiyimiz kimi Los-Anceles İrəvandan sonra bəlkə də ermənilərin ən çox olduğu şəhərlərdən biridir və aydındır ki, görüşə Kaliforniyanın digər şəhərlərində yaşayan ermənilər də oraya gəliblər. Paşinyan erməni lobbisinin toplumu ilə görüşərək Ermənistana maddi yardımların edilməsinə çalışacaq.

İndiki vaxtda Ermənistanda hansısa işlərin görülməsi üçün Paşinyana maddi yardım gərəkdir. Bu maddi yardımın da Qərbdən və ABŞ-dan gəlməyəcəyini Paşinyan çox yaxşı bilir. BMT Baş Assambleyasının sessiyasında da Paşinyanın rəsmi şəxslərlər görüşünün təyin edilməməsi onu göstərir ki, ABŞ-Ermənistan münasibətləri elə də yaxşı deyil.

Bir daha qeyd edim ki, səfərdə Paşinyanın əsas məqsədi erməni lobbisi ilə birlikdə Ermənistana maddi yardımların təmin olunmasına çalışmaqdır. Paşinyan erməni lobbisinə çox arxayındır. Çünki bilir ki, ermni lobbisi hansı yollarla olur olsun öz işini görəcək və nəticəsi də olacaq”.

Nərminə UMUDLU
pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Məşhur vəkilə qarşı ittiham: 7 min manat pul alıb    

Politoloq: Ukraynadan sonra növbəti qurban Ermənistan seçiləcək...

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Ərəstun Oruclu: Ermənistanda və Moldovada konfliktlərin qaynar fazaya keçməsini istisna etmirəm...

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

Əhməd Əhmədov təcridxanaya qaytarıldı - Bundan sonrakı hüquqi qiymətləndirmə necə olacaq?

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

"Belə iddia səsləndirəndə mətndə rəqəm, hesabat olur, daha səbət və gilas yox" - AYNA sərt tənqid edildi

Ən çox oxunanalar