Ağsu rayonunda ağır yol qəzası baş verib
APA-nın yerli bürosunun məlumatına görə, hadisə Şamaxı-Ağsu-İsmayıllı avtomobil yolunun Ağsu çayı üzərindən keçən körpüdə qeydə alınıb.
Belə ki, "Ford" markalı minik maşını idarəetmədən çıxaraq Ağsu çayına düşüb. Nəticədə avtomobildə olan 2 nəfər ağır xəsarət alıb. Yaralılar xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
pia.az