Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ermənistan zorakılığı İƏT-in Təmas qrupunun iclasında bir daha pislənib

Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov iclasda çıxış edib

Ermənistanın Azərbaycana qarşı təcavüzü üzrə İƏT-in Təmas Qrupunun iclası Nyu-Yorkda BMT Baş Assambleyasının 74-cü sessiyası çərçivəsində baş tutub.

APA-nın xəbərinə görə, bu barədə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu "Twitter" səhifəsində yazıb.

"Ermənistanın Azərbaycana qarşı təcavüzü üzrə İƏT-in Təmas qrupunun iclasında Ermənistanın qeyri-qanuni hərəkəti bir daha pislənildi. Təmas Qrupunun Azərbaycana onun ədalətli mübarizəsində dəstək göstərməsinin vacibliyi vurğulandı", - deyə türkiyəli nazir bildirib.

Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov Ermənistanın Azərbaycana qarşı təcavüzü üzrə İƏT-in Təmas Qrupunun Nyu-Yorkda keçirilən iclasında çıxış edib. APA-nın xəbərinə görə, bu barədə XİN sözçüsü Leyla Abdullayeva "Twitter" səhifəsində qeyd edib. Nazir bildirib ki, dinc danışıqların gələcəyi dünya ictimaiyyətinin iqtidarına və qətiyyətinə o cümlədən İslam Ümmətinin dərhal və qətiyyətli hərəkət etməsinə bağlıdır.

Qeyd edək ki, İƏT 2016-cı ilin aprelində İstanbulda keçirilmiş sammitində Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı Təmas Qrupunun yaratmaq qərarını verib. Təmas Qrupunun tərkibinə təşkilata üzv ölkələrin xarici işləri nazirləri daxildir. Təmas Qrupunun yaradılması barədə qərar Türkiyənin təşəbbüsü ilə qəbul edilib. İndiyə qədər İƏT Təmas Qrupunun üç iclası keçirilib.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Ərdoğan: Qarabağda hansı addımı atdıqsa, qarşımıza böyük qlobal ittifaq çıxdı

Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu cərimələdi

Ən çox oxunanalar