Cümə, 26 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ədəbiyyat müəllimi mis və alüminiuma yeni “həyat verir” - Foto

Sənətkar 50 ildir ki, bu işlə məşğuldur

Döymələrə, əsasən, ağac və daş üzərində rast gəlirik. Xaçmazlı usta isə döymə sənətini əlvan metal üzərində inkişaf etdirir.

Oxu.Az-ın bölgə müxbiri xəbər verir ki, rayonunun Mürşüdoba kənd sakini Zeydulla Ağayev 50 ildir ki, bu işlə məşğuldur.

Əsərlərini mis və alüminium üzərində hazırlayan sənətkar daha çox ədəbiyyat və tarix mövzularına üstünlük verir.

İxtisasca Azərbaycan dili və ədəbiyyat müəllimi olan Z.Ağayev uşaq yaşlarından rəsm çəkməyə, 17 yaşından isə heç bir müəllimi olmadan eskizləri mis, alüminium üzərinə köçürməyə başlayıb.

Yüzlərlə əl işi olan sənətkarın hər bir işində xüsusi nəfəs hiss olunur. Nümunələr xarici turistlərin böyük marağına səbəb olub. Bu vaxta qədər onun 500-dən çox əsəri 42 ölkədən gələn turist tərəfindən alınıb.

Z.Ağayev bildirir ki, metal üzərində əsər yaratmaq çox çətin və mürəkkəb prosesdir. Bu sənət ilk növbədə iti göz və böyük ustalıq kimi bir sıra vacib keyfiyyətlər tələb edir. Burada xalq yaradıcılığı, rəssamlıq qabiliyyəti, bədən cizgilərinin qabarmasının təbii alınması üçün heykəltəraşlıq bacarığı, metallardan rəng almaq üçün mütləq kimyanı müəyyən qədər bilmək lazımdır. Bir sənət nümunəsinin ərsəyə gəlməsinə isə günlərlə, hətta aylarla vaxt sərf edilir.

Z.Ağayevin gələcək arzusu bu sənəti əbədiləşdirməkdir.

pia.az

Fotolar




Etiket: sənətkar

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Ağdam Cümə məscidinin bərpadan sonra açılışı olub - Yenilənib, Foto

Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı    

Naxçıvan MR-in baş naziri işdən azad olundu - Yeni təyinat

Ramiz Mehdiyevə müraciət edən alimlərin işi – Cinayət dosyesi

Prezidentlər Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar - Yenilənib

Şoyqu həbs edilən müavinini vəzifəsindən uzaqlaşdırıb

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar - Yenilənib

Malıbəylidə kütləvi məzarlıq aşkar edilib - Yenilənib

Ən çox oxunanalar