Cümə axşamı, 18 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bakıda Rusiya filmləri həftəsinin açılışı oçub

Rusiya filmləri həftəsinin açılış mərasimi keçirilib

Sentyabrın 23-də Nizami Kino Mərkəzində Rusiya Federasiyası Mədəniyyət Nazirliyinin dəstəyi, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Rusiyanın “Kinofest” Prodüser Mərkəzi, Nizami Kino Mərkəzi və YARAT Müasir İncəsənət Mərkəzinin təşkilatçılığı ilə Rusiya filmləri həftəsinin açılış mərasimi keçirilib.

APA-nın məlumatına görə, açılışda C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasının direktoru Cəmil Quliyev çıxış edərək bildirib ki, Bakıda Rusiya filmləri həftəsi artıq 5-ci dəfə keçirilir: "Azərbaycan tamaşaçısı hər dəfə Rusiya kinematoqraflarının əsərlərini izləyərək, Rusiya kinematoqrafiyasındakı inkişaf və yeniliklərlə tanış olur".

C. Quliyev Rusiya kinematoqrafiyasının 90-cı illərin ağır sınaqlarını geridə qoyduğunu vurğulayıb: "Bu gün Rusiya kinematoqrafiyası çox güclüdür. Buna Rusiya filmləri həftəsi çərçivəsində filmlərə baxan tamaşaçılar da əmin olacaqlar".

Rusiya Federasiyasının Azərbaycandakı səlahiyyətli və fövqəladə səfiri Mixail Boçarnikov isə Azərbaycan tamaşaçılarının Rusiya filmlərinə olan böyük marağını diqqətə çatdırıb: "Ötən il də Rusiya filmləri həftəsini açmaq mənə nəsib olmuşdu. Mən onda da Azərbaycan tamaşaçılarının Rusiya filmlərinə olan marağının şahidi oldum. Hazırda Rusiyada hər həftə azı iki yeni film ekranlara çıxır. Mən çox arzulayıram ki, Azərbaycan tamaşaçısı da bu filmləri görsün. Bu dəfə nümayiş olunacaq filmlər isə Rusiya kinematoqraflarının ən son yaradıcılıq məhsullarıdır, 2018 və 2019-cu illərdə istehsal olunmuş filmlərdir".

“Kinofest” Prodüser Mərkəzinin direktoru Sergey Bragin isə Bakıda keçirilən Rusiya filmləri həftəsinin ildən-ilə gücləndiyini bildirib: "Biz bu dəfə on bədii filmlə Azərbaycan tamaşaçısının görüşünə gəlmişik. Mən inanıram ki, Rusiya filmləri həftəsi daha da böyüyərək ölkələrimiz arasında mədəni əlaqələrin güclənməsinə öz töhfəsini verəcək".

Sonra Rusiya kinematoqrafiyasının simaları çıxış ediblər.

Daha sonra rejissor Anar Abbasovun “Döyüş” bədii filmi nümayiş olunub.

Sentyabrın 29-dək davam edən film həftəsi çərçivəsində Nizami Kino Mərkəzində 24-ü saat 20:00-da rejissor Kim Drujininin “Tanklar”, 25-i saat 20:00-da Yevgeniy Bederevin “Damdabaca”, sentyabrın 26-ı saat 20:00-da rejissor Mixail Rasxodnikovun “Əziz ata”, 27-i saat 14:00-da rejissor Yelena Xazanovanın “Məşuqələr”, sentyabrın 28-i saat 12:00-da Aleksey Kozlovun “Leninqradı xilas etmək” və 29-u saat 20:00-da rejissor Anna Parmasın “Gəl boşanaq” bədii filmləri təqdim olunacaq.

Filmlər Nizami Kino Mərkəzinin böyük zalında nümayiş olunacaq.

YARAT Müasir İncəsənət Mərəzində isə sentyabrın 24-ü “Van Qoqlar” filmi, 27-də “Annanın müharibəsi”, 28-də “Aleksandr Xristoforovanın əbədi həyatı” filmləri nümayiş olunacaq. Seanslar saat 19-00-da başlayır.

Filmlərə giriş sərbəstir.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Tanınmış aparıcı Aytən Səfərova qəzaya düşüb, ölən və xəsarət alanlar var - Yenilənib, Video

 Sabiq deputat Hadı Rəcəblinin ölüm səbəbi bilindi  - Yenilənib

Vəfat edən Hadı Rəcəblinin oğlu: “Hazırda aeroportdayam”

Qazaxa hökm edən oliqarx: Məmməd Alıyev... - Video

BŞİH Milli Şuranın mitinqlə bağlı müraciətinə cavab verib

"Dünəndən paltarlarını hazırlamışdı, qismət olmadı" - Hadı Rəcəblinin qızı

Məhkəmə Akif Çovdarovun əmlakları ilə bağlı qərar verib

Bu klinikalar sertifikasiyadan keçməyən həkimlərlə işləyir? - Siyahı

“Dar gün üçün” ağ, yoxsa sarı qızıl? - Mütəxəssisdən aldandığımız məsələlər barədə açıqlama

Ən çox oxunanalar