Azərbaycanda 2018-ci ildə bütün təsərrüfat subyektləri tərəfindən 21,6 mlrd. kVt-saat elektrik enerjisi istehlak edilib ki, bu da 2017-ci illə müqayisədə 3,3% çoxdur...
Dövlət Statistika Komitəsindən verilən məlumata görə, 2018-ci ildə dövlət büdcəsindən maliyyələşdirilən idarə, müəssisə və təşkilatlar tərəfindən 2 099,5 mln. kVt-saat elektrik enerjisindən istifadə edilib (artım 5%).
Qeyd edək ki, 2018-ci ildə Azərbaycanda elektrik enerjisinin istehsalı 2,6% artaraq 23,24 mlrd. kVt-saat təşkil edib.
pia.az